Əsas Səhifə > Güney Press, Araşdırma > BAŞ NAZİRİN KÖMƏKÇİSİNİ ELŞAD ABDULLAYEV “BAQAJA QOYUB”

BAŞ NAZİRİN KÖMƏKÇİSİNİ ELŞAD ABDULLAYEV “BAQAJA QOYUB”


7-11-2012, 13:42
BAŞ NAZİRİN KÖMƏKÇİSİNİ ELŞAD ABDULLAYEV “BAQAJA QOYUB”
KEÇMİŞ REKTORUN VƏKİLİ DANIŞDI

“Baş nazirin müavininin köməkçisi barəsində materialı Elşad Abdullayev hüquq-mühafizə orqanlarına göndərib”

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin işi ilə bağlı artıq iki nəfər saxlanılıb. Bu barədə mətbuata hüquq–mühafiə orqanları bildirib. Məlum olub ki, bunlardan biri sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamı Arzu Kazımov və bu gün saxlanılan baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovdur.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən sabiq rektorun vəkili Adil İsmayılov bildirib ki, məlum rüşvətvideo qalmaqalı ilə bağlı istintaq davam edir:
“Həbslərlə bağlı mən də mətbuatdan oxuyuram. Konkret məlumatım yoxdur. Bildiyim odur ki, həmin bu insanlar barəsində vaxtilə Elşad Abdullayev materialları hüquq-mühafizə orqanlarına göndərib. O vaxt heç bir tədbir görülməyib. İndi nə isə edirlərsə, deməli istintaq qrupu işləyir”.

Hüquqşünas onu da bildirib ki, Elşad Abdullayevin başqa adamlar haqqında da müəyyən şikayətləri var. Onun sözlərinə görə, bunlar da araşdırılacaq:

“Elşad Abdullayev mətbuatda müxtəlif adların adlarını çəkib. Mənim də həmin adlardan, videolardan xəbərim var. Amma bunlardan əlavə, yeni bir şey deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, Elşad Abdullayevin başqa adamlar haqqında da müəyyən şikayətləri var. Yəqin ki, onlar da araşdırılacaq. Bu barədə istintaq komissiyasının üzvləri ilə görüşmüşəm. Yalnız onu deyiblər ki, Elşad Abdullayevin dedikləri ətraflı araşdırılacaq”.

Geri qayıt