Əsas Səhifə > Cəmiyyət > GÜLƏR ƏHMƏDOVA BAKIYA DÖNƏ BİLMİR
GÜLƏR ƏHMƏDOVA BAKIYA DÖNƏ BİLMİR10-11-2011, 15:56 |
İNDİ DƏ ONUN XƏSTƏLƏNMƏSİ BARƏDƏ XƏBƏR YAYIRLAR “Yeni Müsavat”a daxil olan məlumata görə, Milli Məclisin üzvü, deputat Gülər Əhmədova Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada xəstəxanaya düşüb. YAP-çı xanım deputatın qaldığı oteldən təcili yardım maşını ilə xəstəxanaya aparıldığı iddia olunur. Ancaq başqa bir xəbərdə deyilir ki, əslində hörmətli Gülər xanımın səhhətində elə ciddi problem yoxdur. Sadəcə o, Bakıya qayıdışını uzatmaq və iddiası əsasında həbs olunan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı mətbuatın suallarına cavab verməmək üçün Lefkoşada qalmağa qərar verib. Qeyd edək ki, Ə.Zeynallının həbsindən sonra mətbuatda G.Əhmədovanın tezliklə məsələyə aydınlıq gətirəcəyi deyilsə də, bu, baş vermədi. Deputatın köməkçisi isə G.Əhmədovanın noyabrın 6-da Bakıya dönəcəyini demişdi. Aldığımız xəbəri dəqiqləşdirmək üçün Gülər xanımın mobil telefonuna zəng etsək də, zəngimizə cavab verən olmadı. Hörmətli deputat bu yazını oxuyubsa, çox istərdik ki, redaksiyamızla əlaqə saxlasın. Geri qayıt |