Əsas Səhifə > Güney Press, Üçüncü sektor > PREZİDENT ADMİNİSTRASİYASI İŞÇİSİ BİZNESMEN ÇIXDI

PREZİDENT ADMİNİSTRASİYASI İŞÇİSİ BİZNESMEN ÇIXDI


8-11-2012, 10:06
PREZİDENT ADMİNİSTRASİYASI İŞÇİSİ BİZNESMEN ÇIXDI
ELNUR ASLANOVUN “RAHAT” MARKETLƏRİ

Bakıda son dövrlər geniş şəkildə yayılmağa başlayan "Rahat" marketləri şəhərin əksər yerlərində "zühur" etməyə başlayıb. Böyük rahat və komfortlu olan bu marketlər zənciri isə heç bir şəkildə müştərilərini məmnun edə bilmir. TİA.AZ-a şikayət edən alıcılar deyirlər ki, onların üzləşdikləri iki əsas problem var.

Həmin problemlərdən biri "Rahat" marketdə alver etdikdən sonra ödədikləri pulun qalığını geri ala bilməməsidir. Onlar deyirlər ki, dəfələrlə bununla bağlı şikayət etsələr də, əhəmiyyət verən yoxdur. Onu da bildirirlər ki, həmin qalığın nə qədər olması da satıcılar üçün əhəmiyyət kəsb etmir. Yəni, istər 10 qəpik, istər 90 qəpik.

Alıcıların ikinci narazılığı isə "Rahat" marketdə vaxtı keçmiş məhsulların satışı ilə bağlıdır. Onlar bununla bağlı hətta FACEBOOK kimi sosial şəbəkələrdə də narazılıqlarını gizlətmirlər. Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, "Rahat" market satışa vaxtı keçmiş məhsullar çıxarır. Halbuki bu məhsullar qanunla satışdan çıxarılmalı və ləğv edilməlidir. Amma market rəhbərliyi üçün bu qanunlar keçərli deyil.

Bu qanunların "Rahat" marketdə keçərli olmamasının səbəbi də var. Səbəb odur ki, həmin marketlər zəncirinə Elnur Aslanov başçılıq edir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsində çalışan bu şəxs üçün qanunların hansı əhəmiyyət daşıdığını isə ancaq onun özü bilir.

Geri qayıt