Əsas Səhifə > Şou-biznes > "İNDIKI ZƏMANƏDƏ ƏR TAPILIR?!"

"İNDIKI ZƏMANƏDƏ ƏR TAPILIR?!"


8-11-2012, 11:26
"İNDIKI ZƏMANƏDƏ ƏR TAPILIR?!"
KÖNÜL KƏRİMOVA GÜLDÜ VƏ GÜLDÜRDÜ

Bəzi mətbuat səhifələrində müğənni Könül Kərimovanın yoldaşından boşanma xəbəri yayılıb.

Xəbəri geniş kütlə müzakirəyə çevirib.

Xəbərə Publika.Az-da aydınlıq gətirən sənətçi təəssüflə bildirdi ki, bəzi kütlə düz 10 ildir onu dedi-qodusu ilə həyat yoldaşından ayırmağa çalışır:

“Gülməyim gəlir. Oturub-oturub indi ayrılmalıyıq. Bir də indiki zəmanədə ər tapılır, ərimi itirim?! Ağzıgöyçək insanlara demək istəyirəm ki, bu xəbər məni əsla qıcıqlandırmır. Əksinə, gülürəm. Ona görə də ironiya ilə danışıram. Bir də belə xəbər haqqında bir kəlmə danışmayacam. Ən əsası isə onu demək istəyirəm ki, ərimi görmək istəyən buyurub gəlsin bizə. Əmin olsun ki, bir yerdəyik, ayrılmamışıq”.

Geri qayıt