Əsas Səhifə > Partiya > YAP KAMPANİYAYA BAŞLADI

YAP KAMPANİYAYA BAŞLADI


8-11-2012, 11:33
YAP KAMPANİYAYA BAŞLADI
HAKİM PARTİYANIN ÜZVLƏRİ AĞAC ƏKƏCƏK

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin yenicə istifadəyə verilmiş korpusunda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının təşəbbüsü ilə ağacəkmə kompaniyasına start verilib. SİA-nın məlumatına görə, həmin aksiyada Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov, millət vəkili Bahar Muradova, Nərimanov rayonun icra başçısı Abdin Fərzəliyev və digər ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, ağacəkmə kompaniyası Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunub. Xoş ovqatla keçirilən tədbir çərçivəsində 5000-ə yaxın ağac əkilməsi planlaşdırılıb.

Geri qayıt