Əsas Səhifə > Sosial, Manşet > FHN İLƏ İCRA HAKİMİYYƏTİNİN ÖTÜR-ÖTÜR OYUNU

FHN İLƏ İCRA HAKİMİYYƏTİNİN ÖTÜR-ÖTÜR OYUNU


8-11-2012, 11:42
FHN İLƏ İCRA HAKİMİYYƏTİNİN ÖTÜR-ÖTÜR OYUNU
NƏTİCƏDƏ SABİRABAD SAKİNİ QƏZALI EVDƏ RİSQ ALTINDA YAŞAMALI OLUR

DİA.AZ: - Sabirabad rayonunun Axtaçı Muğan kənd sakini Kazımov İmaməddin Məhhəmmədəli oğlu redaksiyamıza yazdığı şikayət ərizəsində yerli məmur özbaşınalığından giley-güzar edir. Sabirabad sakini Kür daşqını zamanı evinə ciddi zərərin dəydiyini qeyd etməklə yanaşı bildirir ki, baş vermiş təbii fəlakət nəticəsində evinə və təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı səlahiyyətli orqanlara müraciət etməsinə baxmayaraq, hazırkı vaxtadək sözügedən problemin aradan qaldırılması üçün heç bir tədbir görülməyib.

Şikayətçinin DİA.AZ-a yazdığına görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmana) ünvanladığı teleqram və ərizələr baxılmaq üçün Sabirabad rayonu İcra Hakimiyyətinə göndərilir.

Rayon İcra Hakimiyyətində məsələyə obyektiv baxılmadığını bildirən İ.Kazımov vətəndaş hüquqlarının pozulduğunu iddia edir. Nədən ki, Sabirabad rayonu İcra Hakimiyyəti müraciətlərə baxarkən hökümət komissiyasının sahə komissiyası onun evinə baxış keçirib və qənaətbəxş rəy verib. Rəydən narazı qalan İ.Kazımova tövsiyə edilir ki, bu halda, Fövqəlada Hallar Nazirliyinə müraciət etsin.

Çox qəribədir ki, İ.Kazımovun Fövqəlada Hallar Nazirliyinə etdiyi müraciət də baxılması üçün Sabirabad rayonu İcra Hakimiyyətinə göndərilir. Və... Rayon İcra Hakimiyyəti də təkrar İ.Kazımova məktub göndərir: "Bir daha bildiririk ki, həyətyanı sahənizə dəymiş ziyana görə müvafiq kompensasiya ödənilmişdir. Hökümət komissiyasının sahə komissiyası tərəfindən evinizə baxış keçirilmiş və qənaətbəxş rəyi verilmişdir. Dövlət komissiyası tərəfindən evinizə təkrar baxış keçirilməsi nəzərdə tutulmuşdur". Sonra isə... Sonrası daha yoxdur, inşallah, təkrar baxışın nəticəsi olanda yazarıq...

Geri qayıt