Əsas Səhifə > Güney Press, Üçüncü sektor > HACIQABULDA GÖRÜNMƏMİŞ MƏMUR ÖZBAŞINALIĞI

HACIQABULDA GÖRÜNMƏMİŞ MƏMUR ÖZBAŞINALIĞI


10-11-2012, 10:26
HACIQABULDA GÖRÜNMƏMİŞ MƏMUR ÖZBAŞINALIĞI
BİR AİLƏ MEHRİBAN ƏLİYEVADAN KÖMƏK İSTƏDİ

Hacıqabul rayon sakini Məmmədov Dadaş Pirməmməd oğlu, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı məktubun bir nüsxəsini redaksiyamıza ünvanlayıb. Həmin məktubu olduğu kimi sizlərə təqdim edirik.

Bildirirəm ki, rayonumuzda baş verən təbii fəlakətlə əlaqədar sel ilə dəymiş ziyanların ödənilməsi barədə dəfələrlə sizə və hörmətli Prezidentimizə, Fövqəladə Hallar Nazirliyinə, İnsan Hüquqları üzrə müvəkkil Elmira xanım Süleymanovaya müraciətimdən sonra 11.08.2010-cu ildə təxminən səhər saat 10 radələrində məndən rayonumuzda yerləşən poçta şəxsiyyət vəsiqəsiylə gəlməyimi xahiş etdilər. Mən şəxsiyyət vəsiqəmi götürüb oraya getdim və mənə 1600 manat pul qol çəkdirib verdilər. Mən onlardan xəbər aldıqda ki, bu pul hansı təşkilatdan gəlib, onlar mənə izah etdilər ki bəs Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən gəlib.

Çox hörmətli Mehriban xanım mənə verilən 1600 manat pulun arxasınca mənə məlum olmayan bir neçə nəfər mənim yaşadığım evə gəlmiş və mənə mənim ailə üzvlərimə göstəriş vermişlər ki, bəs pulu verin taxta və kraskaya, gəlib sizin evin qalan hissələrini yəni uçmuş bir vəziyyətdə olan evin qalan hissələrinə biz bolt, dəmir materiyalı verəcəyik. Hörmətli Mehriban xanım mənim nəyimə lazımdır o pul? Mənim 10 nəfər ailə üzvlərim indiyənə kimi göz yaşları içərisində yaşayırlar. 2012-ci ildə mənə köməklik məqsədi ilə 1000 manat pul verildi. Siz deyin bu 2600 manata hansı evi təmir etdirmək olar?

Hörmətli Mehriban xanım Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Aslanov Sahib bir neçə dəfə gəlib mənim evimə, həyətyanı sahəmə və mənim sel suları nəticəsində tələf olmuş 15 baş kiçik buynuzlu, 50 ədəd hinduşka və başqa quşlar , həyətyanı sahəmdə olan bar verən ağaclarım, 2 tona yaxın dənli bitkilər, evimdə olan şüşə qablar hamısı polun çökməsi nəticəsində məhv olmuşdur.Bunları öz gözləri ilə görən Aslanov Sahib mənə köməklik etmək əvəzinə dəfələrlə ona müraciət etməyimə baxmayaraq, mənə get hara müraciət edəcəksən et dedi.

Hörmətli Mehriban xanım mən 20 sentyabr 2009-cu ildə təbii fəlakət zamanı mənim evimin ümumi vəziyyəti barədə çəkdirdiyim video lenti və şəkilləri sizə göndərmişəm. Xahiş edirəm 10 nəfər ailə üzvlərimi nəzərə alıb bizə köməklik edəsiniz. Əvvəlcədən ailə üzvlərim adından sizə minnətdarlığımızı bildirirəm.

Ailə üzvlərim:

Məmmədova Məhbubə Əlipənah qızı 1959-cu il
Qismət Dadaş oğlu 1980-cı il, evli işləmir.
Əlil. Pirməmməd Dadaş oğlu 1986-cı il, evli, işləmir.
Orxan Dadaş oğlu 1990-cı il.
Xəyalə Ramiz qızı 1977-ci il, işləmir.
Vəfa Nadir qızı 1984-cü il, işləmir.
Nuranə Pirməmməd qızı 2006-cı il, azyaşlı.
Məhbubə Qismət qızı 2006-cı il, azyaşlı.
Nabat Qismət qızı 2007-ci il, azyaşlı.
Zəhra Qismət qızı 2009-cu il, azyaşlı.
Ünvan: Hacıqabul rayon Xəqani küçəsi ev № 31.

Məmmədov Dadaş Pirməmməd oğlu və 10 nəfər ailə üzvləri tərəfindən.


Geri qayıt