Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏLİ HƏSƏNOVDAN JURNALİSTLƏRİN DÖYÜLMƏSİNƏ QƏRİBƏ İZAHAT

ƏLİ HƏSƏNOVDAN JURNALİSTLƏRİN DÖYÜLMƏSİNƏ QƏRİBƏ İZAHAT


10-11-2012, 10:30
ƏLİ HƏSƏNOVDAN JURNALİSTLƏRİN DÖYÜLMƏSİNƏ QƏRİBƏ İZAHAT
ÖZ YERİNİZİ DƏQİQ MÜƏYYƏNLƏŞDİRİN

Jurnalistlər kütləvi tədbir zamanı öz yerlərini düzgün müəyyən etməli, tədbiri nizamlamaq üçün cəlb olunmuş qüvvələrlə münasibətdə narazılıqla üzləşməməlidirlər. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov şənbə günü "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarda bildirib.

Həsənov deyib ki, ilk dəfədir Azərbaycan dövlətinin dəstəyi ilə dövlət nümayəndələri, mətbuat nümayəndələri və ATƏT nümayəndələrinin iştirakı ilə tədbir keçirir.

O, İdrak Abbasovun timsalında qeyd edib ki, həmin şəxsə qarşı güc tətbiq edilməsi onu göstərir ki, o öz yerini düzgün seçməyib. Hüquq mühafizə orqanları onun özünü jurnalist kimi aparmadığını, o özü isə jurnalist olduğunu bildirir.

"Bizim də məqsədimiz ondan ibarətdir ki, daha dəqiq müəyyən edək ki, kütləvi tədbirlər zamanı jurnalistlərin fəaliyyəti necə qurulmalıdır, jurnalistlərin forması necə olmalıdır, onların yeri necə müəyyən olunmalıdır", - PA rəsmisi deyib.

Həsənov həmçinin qeyd edib ki, mətbuat işçilərinin vəsiqələrinin formasının necə olması, bu formanın hansı qurum tərəfindən müəyyən edilməli olduğu müəyyənləşməlidir: "Bir sıra hallarda polis qanunsuz aksiya iştirakçısını saxladıqda, o, jurnalist vəsiqəsi təqdim edərək media nümayəndəsi olduğunu bildirir".

Onun sözlərinə görə, bu kimi seminarlarla bu sahədə beynəlxalq təcrübəni öyrənmək qarşıya məqsəd qoyulub.

Həsənov bildirib ki, Azərbaycanda KİV sahəsində qanunvericilik bazası kifayət qədər təkmilləşib.

Geri qayıt