Əsas Səhifə > Güney Press, Araşdırma > YENİ ŞOK VİDEOKADRLAR ÜZƏ ÇIXACAQ
YENİ ŞOK VİDEOKADRLAR ÜZƏ ÇIXACAQ10-11-2012, 10:58 |
BU DƏFƏ MUSA RAHİM VİDEO YAYMAĞA HAZIRLAŞIR Bir neçə gün öncə 3 AXCP üzvü gecə saatlarında Fəvvarələr meydanı ərazisində həbs olunmuşdu. Hadisənin səhərisi AXCP üzvləri azadlıqa buraxılsa da, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov onların sərxoş olduqlarını və bir vətəndaşa sataşdıqlarını bildirmişdi. Avropa.info-ya göndərdiyi məktubda həbs olunanlardan biri, AXCP üzvü Musa Rahim DİN sözçüsünün söylədiklərini böhtan adlandırıb. "Güc Nazirliyinin mətbuat xidmətinin rəhbərinin müxtəlif mətbu orqanlarına verdiyi açıqlamalar tamamən düzgün deyil. Mənim əlimdə baş verənlərlə bağlı həm video, həm də audio yazılar var. Ehsan Zahidovdan verdiyi açıqlamayla bağlı dərhal təkzib verib üzr istəməsini tələb edirik. Əlimdə olan faktları vəkilimizlə məsləhətləşdikdən sonra həm mətbuata və eyni zaman da təhqiqatın ciddi araşdırılması üçün istintaqa təqdim edəcəyik". Geri qayıt |