Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEVƏ QARŞI YENİ PLAN İŞƏ DÜŞÜR

RAMİZ MEHDİYEVƏ QARŞI YENİ PLAN İŞƏ DÜŞÜR


10-11-2012, 12:42
RAMİZ MEHDİYEVƏ QARŞI YENİ PLAN İŞƏ DÜŞÜR
PA RƏHBƏRİNİ BİRBAŞA İTTİHAM HƏDƏFİNƏ ÇEVİRƏN CİNAYƏT İŞİ

DİA.AZ: - «Son zamanlar bütün baş verənlər hakimiyyətin 2013-cü ilin prezident seçkilərilə bağlı tədarükü il əvə bu hazırlıqlara verilən reaksiyalarla əlaqədardır». Bu sözləri DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbəmiz bildirib.

Mənbəmiz bildirir ki, əslində 7 il əvvəl çəkilmiş və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev tərəfindən açıqlanan gizli videolar, həmçinin bu videoların yaratdığı ajiotaj, eyni zamanda Rusiyanın paytaxtında baş verənlər - bütün bunlar bəlli bir prosesdir və nəzarət olunandır:

«Neçə müddətdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev hakimiyyətdə ikinci əsas səlahiyyətli fiqur kimi diqqətə gəlir. Hətta bəzi dairələr məqsədli şəkildə dövlətin məhz Mehdiyevin «direktivləri» əsasında idarə olunduğunu iddia edirlər. Bu isə həm iqtidar düşərgəsinin monolitliyini hər zaman təhlükə altında qoyub, həm də vahid komandanlıq prinsiplərini darmadağın etməkdədir».

Təbii ki, belə bir situasiyanın prezident İlham Əliyevin və onun yaxın çevrəsinin maraq dairəsi ilə uzlaşmadığını bildirən mötəbər mənbəmiz iddia edir ki, məhz bu səbəbdən prezidentə sadiq olan çevrələr məhz Mehdiyevi hədəfə çevirən olayların ssenarisini cızaraq, onun icrasına qərar verdilər: «Təbii ki, Ramiz Mehdiyev birbaşa olaraq Kreml tərəfindən himayə olunduğundan bu işlərə rəsmi Moskvanın müdaxiləsi qaçılmaz idi. Baş verdi də. Və elə bir fon yaratmağa çalışdılar ki, guya Moskvada baş verənlər həm də Ramiz Mehdiyevə qarşı olan bir prosesdir. Amma əslində bu belə deyil. Və hətta Ramiz Mehdiyevin bir nömrəli adamı kimi tanınan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Rusiyaya danışıqlar üçün getməsi də heç nəyi dəyişmir».

Mənbəmizin sözlərinə görə, 2013-cü il prezident seçkiləri ilə bağlı Rusiyanın öz maraqları naminə daha sərt addımlar ata biləcəyindən ehtiyat edən rəsmi Bakı hələ də Kremlə qəti döyüşə hazırlıqlı görünmür: «Diqqət yetirin, Gülər Əhmədovanın mandatı alınır, amma bu iş üzrə heç cinayət işi də açılmır. Bu gün prokurorluq yalnız Gülər Əhmədovanı Elşad Abdullayevin itkin düşən qardaşının işi ilə bağlı dindirir. Daha ABU-nun sabiq rektorunun mandat alveri məsələsi araşdırılmır».

Mənbəmiz bildirir ki, bu da baş verəcək: «Artıq Ramiz Mehdiyevə qarşı şəbəkələşən qüvvələr sözügedən videoçəkilişə yeni mahiyyətdə, yeni motivdə yanaşaraq cinayət işinin qaldırılmasına nail olmaq üzərədirlər: «Hələlik son qərar verilməyib. Amma gözləniləndir. Və bu baş verəcəksə, artıq ittiham hədəfinə birbaşa olaraq Ramiz Mehdieyvin özü çevriləcək. Bu proses zamanı isə ilk qolları qandallanan Gülər Əhmədova olacaq».

Geri qayıt