Əsas Səhifə > Partiya > AVROPADA YAP İQTİDARINA QARŞI AKSİYA

AVROPADA YAP İQTİDARINA QARŞI AKSİYA


10-11-2012, 12:51
AVROPADA YAP İQTİDARINA QARŞI AKSİYA
MÜHACİRLƏR PARLAMENTİN BURAXLIMASINI TƏLƏB ETDİ

Avropada fəaliyyət göstərən “Beynəlxalq Haqq və Ədalət Assosiasiyası”nın (BHƏA) Hollandiya nümayəndəliyi və Azərbaycan diaspor təşkilatları Hollandiya parlamenti önündə Azərbaycan iqtidarı əleyhinə aksiya keçirib. Bu xəbər Turan-a Assosiasiyadan daxil olub.

Aksiyada Azərbaycan iqtidarının dinc insanlara qarşı əsasssız repressiyaları pislənib. Keçmiş deputat Gülər Əhmədova ilə bağlı rüşvət olayına dair yayılan video görüntülərə toxunan natiqlər bu faktı Azərbaycanda heç vaxt demokratik seçkilər keçirilməməsinin göstəricisi kimi dəyərləndiriblər. Bu faktdan irəli gələrək, aksiya iştirakçıları qeyri-demokratik parlamentin buraxılmasını və demokratik seçki yolu ilə yeni parlament seçilməsini tələb ediblər. Natiqlər Azərbaycanda insan haqları sahəsindəki durumun dözülməz olduğunu deyərək, rəsmi Bakıdan insan haqq və azadlıqlarına hörmətli yanaşmağı tələb ediblər. Rəsmi Bakıya saxta ittihamlarla həbsə alınan siyasi məhbusların azad olunması çağırışı edilib. Assosiasiya rəhbərliyi dünya ictimaiyyətinin diqqətini Azərbaycan üzərində saxlaya bilmək üçün noyabrın sonuna kimi daha kütləvi aksiyalar keçirəcəyi haqda anons verib. Aksiyanın qətnaməsi Hollandiya parlamentinə təqdim olunub.

Geri qayıt