Əsas Səhifə > Gündəm, Manşet > TÜRKLƏRDƏN ŞAH İSMAYIL ETİRAFI
TÜRKLƏRDƏN ŞAH İSMAYIL ETİRAFI11-11-2011, 10:48 |
İLK DƏFƏ OLARAQ ŞAH BABAMIZIN DÖVLƏTİ TÜRK DÖVLƏTİ KİMİ TƏQDİM EDİLDİ DİA.AZ: - Artıq Türkiyə seriallarında Azərbaycan mövzusu kifayət qədər populyarlaşıb. Doğrusu, bir azərbaycanlı qızın Türkiyə macəraları kimi təqdim olunan «Yaxşı Cazibə» serialından başqa digər seriallarda nədənsə bizə qarşı soyuqluq müşahidə olunur. Məsələn bir müddət əvvəl «Möhtəşəm Yüz il» serialında Azərbaycan türkünün görkəmli nümayəndəsi, böyük türk oğlu Şah İsmayıl Xətaini aşağılayan ifadələr yer aldı. Və bu olay Azərbaycanda böyük rezonansa səbəb oldu. Dünən isə Azərbaycanda da böyük maraqla izlənən məşhur «Kurtlar Vadisi Pusu» («Qurdlar Vadisi Pusqu») serialında Şah İsmayıl Xətainin adı çəkildi. Belə ki, filmin baş qəhrəmanı Polad Ələmdar dərin dövlətin nümayəndəsi ilə məsləhətləşmə apararkən tarixə ekskursiya edir və məşhur Osmanlı hökmdarı Sultan Səlimin addımlarını alqışlayır, onu dövrüün böyük şəxsiyyəti kimi təqdim edir. Amma bunun əvəzində Şah İsmayıl Xətaini yenə də mənfi obraz kimi təqdim edir. Polad Ələmdarın dili ilə bildirilir ki, Şah İsmayıl Xətai xristianlarla işbirliyinə getdiyindən Sultan Səlim onunla savaşır. Amma bu dəfə bir təqdirəlayiq hal baş verir. Dünənə qədər Şah İsmayıl Xətainin rəhbərlik etdiyi dövləti fars dövləti kimi təqdim edən Türkiyə bu dəfə həmin yanlışını da Polad Ələmdarın dili ilə düzəldir. Belə ki, Polad Ələmdar dərin dövlətin nümayəndəsinə bildirir ki, Sultan Səlim kürdləri arxasına alaraq iki türk dövlətini - Şah İsmayıl Xətainin dövlətini və Misirdəki Məmlüklər dövlətini məhv edir: «Bizim yenə də eyni siyasəti yürütməyə ehtiyacımız var. Yenə də kürdləri arxamıza almalıyıq». Geri qayıt |