Əsas Səhifə > Sosial, Manşet > BEYLƏQANDA TƏHSİL ÖZBAŞINALIĞI SON HƏDDƏ ÇATIB
BEYLƏQANDA TƏHSİL ÖZBAŞINALIĞI SON HƏDDƏ ÇATIB12-11-2012, 09:43 |
YENİ İNŞA EDİLMİŞ MƏKTƏBDƏ İLK GÜNDƏN PUL YIĞMAĞA BAŞLAYIBLAR DİA.AZ: - Beyləqan rayonunun bir qrup sakinləri adından, başda Əmirzeydili kəndi olmaqla DİA.AZ-a müraciət ünvanlanıb. Müraciətdə deyilir: “Ölkə Prezidentinin “Regionların sosial iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində rayonlarda aparılan yenidənqurma işləri uğurla davam etdirilir o cümlədən təhsilin və səhiyyənin daha irəli addımlamasında verilən göstərişlər öz nəticəsini verməkdədir. Rəsul Cəfərov adına Beyləqan rayonu Əmirzeyidli kənd orta məktəbi Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyədə tikilərək balalarımızın gözəl şəraitdə təhsil almaları üçün onların ixtiyarına verildi. Bizdə olan məlumata görə məktəbin tikintisinə 500 000 AZN vəsait ayrılıb. Lakin məktəbin açılışına 2-3 gün qalmış məktəbin direktoru Qurban Məmmədovun göstərişi əsasında müəllimlərdən, hətta 1-ci sinif şagirdlərindən Heydər Əliyevin və İlham Əliyevin portretlərini, məktəbin girəcəyində “xoş gəlmisiniz” yazılan tablonun alınması adı ilə 50AZN məbləğində vəsait yığılıb. Nəzərinizə çatdıraq ki, hər ay mütəmmadi olaraq müəllimlərdən müəyyən məbləğdə vəsaitlər yığılır ki, bunlar da direktor tərəfindən məktəbə hər hansı yoxlamanın gəlməsinin qarşısını almaq məqsədi güdür. Çünki direktor yaxşı bilir ki, məktəbdə ciddi yoxlama aparılsa, törətdiyi ciddi qanunsuz əməllərə görə qanunvericilik qarşısında cavab verməli olacaq. Baş verən olaylardan bezən müəllimlər direktordan məsələyə aydınlıq gətirməsini tələb etdikdə isə direktor bildirir ki, yığılanların bir çox hissəsi rayon təhsil şöbəsinin müdiri Tofiq müəllimə çatır. O da öz növbəsində məktəb direktorunun bu “hörmət”-i qarşılığında onu yoxlamalardan sözün əsl mənasında mühafizə edir”. Onu da bildirək ki, sakinlər adından daxil olan müraciətlə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq. Geri qayıt |