Əsas Səhifə > Şou-biznes > "BİRİNİN ADINI DEMƏK İSTƏYİRƏM"

"BİRİNİN ADINI DEMƏK İSTƏYİRƏM"


12-11-2012, 10:46
"BİRİNİN ADINI DEMƏK İSTƏYİRƏM"
ANS-İN ELGİZİNİ QIZLAR DA SEVİRMİŞ

ANS TV-nin tanınmış simalarından biri Elgiz Əkbər qız pərəstişkarlarına qarşı bəslədiyi münasibətləri dilinə gətirib.

Əməkdaşımızla söhbəti zamanı deyib ki, xanımlar tərəfindən artıqlaması ilə diqqət görməsi ona yaradıcılıq fəaliyyətində çox müsbət təsir göstərir:

"Məni doğmaları qədər çox istəyən qızların sayı yetərincə olsa da, onlardan birinin adını demək istəyirəm - Səma Mirzəyeva.

Bu qız məni o qədər əziz bilir ki, sosial şəbəkələrdəki profilini mənim şəkillərimlə bəzəyir. Hətta adına El sözünü də əlavə edib. Mənə 800-ə yaxın şəkilimi topladığımı deyəndə çox təəccüblənmişdim. Vallah yadımda deyil, mən o qədər şəkili nə zaman çəkdirmişəm.

Valideynləri belə məni çox istədiyi bilir. Özünə də söz vermişəm, İnşallah, elə ailə üzvləri ilə birlikdə görüşümüz olacaq.

Bəzi məşhurlar kimi tamaşaçı sevgisi məni qorxutmur. Əksinə, yeniliklər etmək üçün stimul verir. Nə yaxşı ki, mən bu qədər pak və təmiz sevgi ilə əhatə olunmuşam". \ milli.az \

Geri qayıt