Əsas Səhifə > Güney Press, Araşdırma > QUBA HADİSƏLƏRİ - OLDUĞU KİMİ...
QUBA HADİSƏLƏRİ - OLDUĞU KİMİ...12-11-2012, 11:31 |
MƏN NİYƏ SUSDUM? Artıq neçənçi dəfədir ki, “Quba hadisələri olduğu kimi”-adlı məqalələlər silsiləsini yazmaqdan niyə vaz keçdiyimi soruşurlar. Cəmisi iki hissənin dərc olunduğundan sonra, məni tanıyan və tanımayan bir neçə oxucu və dostlar haqlı olaraq mənə müraciət edərək yazıların niyə ardının olmamasını soruşurdular. Ancaq bu günlərdə telefonuma gələn mesaj məni məcbur etdi ki, bu yazıların niyə müvəqqəti olaraq dayandığının səbəbini açıqlayım. Əvvəla onu qeyd edim ki, jurnalist həmkarlarımın bu yazını sayt və qəzetlərdə dərc etmələri məsələnin ictimailəşməsinə xeyli yardım etdi və mən buna görə onlara öz təşəkkürümü bildirirəm. Məhz onların bu yardımından sonra mənə müraciətlər etməyə başlayanların sayı çoxaldı.Onu da qeyd edim ki, qubalılar tərəfindən də mənə öz təşəkkürlərini bildirən adamlar az olmadı.Proseslərdən məlumatlı olan bir çox sakinlər mənə hər şeyi olduğu kimi yazmağıma görə minnətdar olduqlarını çatdırdılar.Sadəcə təqsirləndirilən şəxslərin vəkilləri, bir neçə nəfər sakinin iradı ondan ibarət oldu ki, hadisələrin məhkəmə prosesi hələ bitmədiyinə görə, bu yazıları bir müddət saxlayım.Bunun isə iki səbəbini mənə izah etdilər, daha doğrusu məni bu yazını yazmaqdan müvəqqəti dayandırmaq üçün iki arqument göstərdilər. 1) Hələ Quba hadisələrinin məhkəmə prosesləri başa çatmadığından bu yazıların məhkəməyə təsir edə bilməsi ehtimalını irəli sürdülər. Yəni bu hadisələrlə bağlı yekun hüquqi qiymətin verilməməsinə görə, müvəqqəti olaraq bu yazıların saxlanmasını istədilər. 2) Mənim istintaq sirri açmaqla ittham olunaraq həbs oluna biləcəyimi dedilər. Bunu israrla bildirməsələr də, hər halda bir az ehtiyatlı olaraq bir müddət susmağımı istədilər. Mən də düzü həbs olunmaq ehtimalına bir o qədər ciddi yanaşmasam da, ancaq birinci versiya qarşısında həqiqətən də susdum.Çünki, söylədiyim hər cür fikirin onlar tərəfindən qəbul edilmədiyini gördüm.Mən dəfələrlə onlara bu yazıların sadəcə bir jurnalist araşdırması olduğunu bildirsəm də, onlar nəticədə məndən bu yazıları hələlik saxlamağı israrla xahiş etdilər.Məhz buna görə də Quba hadisələri ilə bağlı yazdığım “Quba hadisələri-olduğu kimi” adlı silsilə yazımı birinci məhkəmə prosesinin hökmünə qədər saxlamağı qərara aldım. Yazılar əslində hamı hazırdır.Sadəcə mənə müraciət etmiş insanların xahişinə və israrlarına görə, bu yazıların dərcini müvəqqəti saxladım, ancaq müvəqqəti… Cəmil MƏMMƏDLİ - DİA.AZ Geri qayıt |