Əsas Səhifə > Güney Press, Üçüncü sektor > OQTAY ŞİRƏLİYEVİN ADINA DAHA BİR AYIB
OQTAY ŞİRƏLİYEVİN ADINA DAHA BİR AYIB14-11-2012, 09:31 |
SABİRABAD MƏRKƏZİ XƏSTƏXANASINDA BİABIRÇILIQ Sabirabad rayon Mərkəzi Xəstəxanasında dəhşətli faktla bağlı GUNDEMİNFO.AZ-a müraciət daxil olub. Bu müraciətə keçməzdən əvvəl və burada yazılanlarla tanış olmazdan öncə qeyd edək ki, rayonun Mərkəzi Xəstəxanasının əsaslı təmiri üçün cari ilin büdcəsindən külli miqdarda vəsait ayrılıb. Amma oradakı bir neçə cərrah həkimin və ya baş həkimin xəstələrlə münasibətinə hələlik Səhiyyə Nazirliyindən heç bir «diqqət» ayrılmır. Redaksiyamıza müraciət edən Sabirabad rayon Cavad kənd sakini Səlahəddin Bağırov bir neçə həftə öncə anasının Sabirabad rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat olunduğunu bildirir. S.Bağırov anasının qolunda daxili qanaxma diaqnozu ilə çatdırıldığını və xəstəxananın cərrahı Nizami Abışov tərəfindən əməliyyat olunduğunu deyir. Əməliyyat zamanı isə N.İsgəndərov səhvən başqa qan damarlarını kəsir. Nəticədə qanaxma dayanmır və xəstənin yaxınları onu Bakı şəhərinə, Tibb Universitetinin Onkologiya Mərkəzinə aparırlar. Bakıda həkimlər deyirlər ki, xəstə Sabirabada səhv əməliyyat olunub və onun qolunda yara əmələ gəlib. Hazırda xəstənin qolunda daxili qan laxtalanması səbəbindən ağır yara əmələ gəlib. Bu baş verənlərdən sonra Səlahəddin Bağırov Sabirabad xəstəxanasının baş həkimi Əziz Mikayılovun qəbulunda olur. Baş həkim cərrah Nizami Abışovu çağıraraq xəstəyə kömək etməsini, etdiyi yanlışı düzəltməsini tapşırır. Lakin N.Abışov xəstəni müalicə etmək əvəzinə ona 100 manat yolpulu verərək Bakıya yuxarıdap qeyd etdiyimiz səhiyyə müəssisəsinə yollayır. Hansı ki, S.Bağırov Sabirabada anasının əməliyyat olunması üçün 1300 manata qədər pul xərclədiyini deyir. Bundan sonra xəstə və onun yaxınları baş həkimə etiraz etsələr də o müraciət edənləri ağır ifaədələrlə otağından qovur. Qeyd edək ki, Səlahəddin Bağırov hazırda kənd orta məktəbində kiçik tərbiyəçi işləyir və aldığı aylıq əmək haqqı 124 manatdır. Atasını uşaq yaşlarından itirən həmsöhbətimiz xəstə anası ilə kənddə dözülməz şəraitdə yaşadığını bildirir. Sabirabadda anasının müalicəsi üçün xərclədiyi 1300 manatı isə əmək haqqı kartını girov qoyaraq faizə pul aldığını deyən həmsöhbətimiz ona heç kimin yardım etmədiyini, hər kəs tərəfindən aşağılandığını bildirir. Guman edirik ki, bu fakt Səhiyyə Nazirliyini az da olsa narahat edər. Hər halda heç kim xəstəlikdən sığortalanmayıb. Amma hər kəsi insan həyatı ilə oynayan həkimlərdən xilas etmək üçün gec də olsa sığorta tədbiri görmək olar. Mövzu ilə bağlı ətraflı araşdırmalarımız davam edəcək. Bizi izləyin. Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |