Əsas Səhifə > Dünya > FRANSADAN SURİYA MÜXALİFƏTİNƏ VƏD
FRANSADAN SURİYA MÜXALİFƏTİNƏ VƏD14-11-2012, 11:03 |
FRANSUA OLAND SİLAH VERƏCƏYİNİ DEDİ Fransa Suriya Milli Koalisiyasını xalqın yeganə qanuni təmsilçisi kimi tanıyıb. Prezident Fransua Oland noyabrın 13-də bəyan edib ki, Bəşər Əsəd rejiminə son qoyulandan sonra hakimiyyət başına Suriya Milli Koalisiyası keçməlidir. O, qanuni hökumət formalaşdıracağı halda Suriya Milli Koalisiyasına silah verilməsi məsələsinə baxılacağını vurğulayıb. Suriya Milli Koalisiyasını noyabrın 11-də Qətərin paytaxtı Dohada toplantı keçirən Suriya müxalifəti formalaşdırıb. Birliyə ruhani Əhməd Müəz əl-Xətib sədr seçilib. Bütün müxalif qruplara açıq elan olunan Suriya Milli Koalisiyası Bəşər Əsəd rejiminə qarşı müqaviməti əlaqələndirmək və müvəqqəti hökumət formalaşdırmaq öhdəliyi götürüb. ABŞ və bəzi ərəb dövlətləri (Bəhreyn, Oman, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı) də Suriya Milli Koalisiyasını tanıyıb. 2011-ci ilin martından Suriyada xalq üsyanı gedir. Tələb prezident Bəşər Əsədin istefasıdır. İndiyəcən 35 min nəfər həlak olub, 400 min suriyalı qaçqın düşüb. \ mediaforum \ Geri qayıt |