Əsas Səhifə > Partiya > YAP-DAN MÜXALİFƏTƏ DAHA BİR İTTİHAM
YAP-DAN MÜXALİFƏTƏ DAHA BİR İTTİHAM14-11-2012, 11:40 |
"ELÇİBƏYİN MÜAVİNLƏRİNİN HƏRƏSİ ÖZÜNƏ BİR PARTİYA YARADIB" Azərbaycanın hakim partiyası müxalifət partiyalarının liderlərini gənclərə yer verməməkdə suçlayıb. "Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyalarına niyə yeni üzvlər qəbul olunmurlar? Çünki bu partiyaların liderləri hər şeyi mənimsəyiblər. Gənclərə meydan verilmir, insanlara fəaliyyət şəraiti yaradılmır", - Trend-in məlumatına görə, bunu YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov hakim partiyanın rəsmi saytına müsahibəsində deyib. Novruzov bildirib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərkibindən 8 partiya yaranıb. "Elçibəyin müavinlərinin hərəsi özünə bir partiya yaradıb. Eləcə də Müsavat Partiyası. İsa Qəmbərin müavinləri başqa partiyalara qoşulurlar. Çünki onlar görürlər ki, bu adamlar partiyalarını qabağa apara bilmirlər, əksinə geri gedirlər", - millət vəkili əlavə edib. Onun sözlərinə görə, bələdiyyə seçkilərində YAP-ın irəli sürdüyü namizədlərin təxminən 30 faizi gənclər idi, 20 faizdən çoxu qadınlar idi. "Parlament seçkilərində də bu insanlara şans verməyə çalışırıq. Amma müxalifət partiyalarının fəaliyyətində bunu müşahidə etmirik. Neçə illərdir namizədliyini irəli sürüb, məğlub olan adamlar iddialarından əl çəkmirlər. Halbuki, onlar kənara çəkilib yeni nəslə şans verməlidir ki, inkişaf olsun", - YAP rəsmisi bildirib. Geri qayıt |