Əsas Səhifə > Partiya > NAZİRLƏR ƏLİ ƏHMƏDOVDAN QORXDU?

NAZİRLƏR ƏLİ ƏHMƏDOVDAN QORXDU?


14-11-2012, 13:01
NAZİRLƏR ƏLİ ƏHMƏDOVDAN QORXDU?
ONLAR MİLLİ MƏCLİSƏ GƏLDİLƏR

Modern.az saytı xəbər verir ki, Milli Məclis bu gün dövlət büdcəsinə daxil olan sənədlərin müzakirəsi ilə bağlı müzakirələri davam etdirir.

Əməkdaşımızın parlamentdən verdiyi məlumata görə, bəzi nazirlər dünənki iclasda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, deputat Əli Əhmədovun onlara ünvanladığı ittihamdan nəticə çıxararaq bugünkü müzakirələrə qatılıblar.

Milli Məclisin bugünkü iclasında 10-a yaxın nazir iştirak edir. Maliyyə naziri Samir Şərifov, təhsil naziri Misir Mərdanov, ədliyyə naziri Fikrət Məmmədov, sənaye və energetika naziri Natiq Əliyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, gənclər və idman naziri Azad Rəhimov, nəqliyyat nazirinin müavini Musa Pənahov, Milli Bankın İdarə Heyətinin sədr müavini Alim Quliyev bu sıradan olan məmurlardır.
Baş nazir Artur Rasizadə isə iclasda iştirak etmir.

Hazırda parlamentdə büdcə müzakirələri davam edir. Gündəliyə daxil olan məsələlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
2. "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
3. "Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
4. Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə;
5. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il üçün xərclər smetasi haqqında;
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında.

Qeyd edək ki, Azərbaycanın 2013-cü il üçün dövlət büdcəsinin ilkin layihəsində gəlirlər 19 154 mln. manat, xərclər 19 810 mln. manat, kəsir isə 656 mln. manat səviyyəsində nəzərdə tutulub.

Geri qayıt