Əsas Səhifə > Siyasət, Manşet > ZİYA MƏMMƏDOVUN MALİYYƏ GİZLİNLƏRİ
ZİYA MƏMMƏDOVUN MALİYYƏ GİZLİNLƏRİ11-11-2011, 11:11 |
NƏQLİYYAT NAZİRİ RÜSUMLARIN ÖZÜNƏ MƏXSUS BANKA ÖDƏNİLMƏSİNİ NİYƏ TƏLƏB EDİR? DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədov taksi sürücülərinə dövlət rüsumunu "KapitalBank"a ödəməyi qadağan edib. Bu barədə məlumatı paytaxtda taksi sürücülüyü ilə məşğul olan şəxsdən almışıq. Şəxsi avtomobili ilə "taksovatlıq" edən həmin şəxs deyir ki, bir neçə gün əvvəl nəqliyyat müfəttişlərinin hədəfinə gəlib. Bütün sənədləri qaydasında olduğu halda Ziya Məmmədovun qoçuları vətəndaşın şəxsiyyət vəsiqəsini (?) ondan alıblar. Əslində vətəndaşın şəxsiyyət vəsiqəsinin alınması qanunla qadağandır. Görünür, sürücülük vəsiqələrinin alınmasına qoyulan qadağadan sonra Departament "fəalları" indi də bu üsula əl atıblar. Məsələ ilə bağlı Nəqliyyat Departamentinə müraciət edən sürücüdən taksi fəaliyyətilə ilə məşğul olmaq üçün nəzərdə tutulan rüsumun dərhal ödənilməsi tələb olunub. Sürücünün sözlərinə görə, onun həmin vaxt rüsumu ödəməyə hələ 3 gün vaxtı qalıbmış. Amma buna baxmayaraq o, çarəsiz qalıb rüsumu ödəməyə razılıq verib. Bu dəfə ona deyiblər ki, rüsum yalnız "Bank of Azərbaycan"da ödənməlidir. Bu isə Nəqliyyat Departamentində ciddi yenilikdir. Çünki bu vaxta qədər sürücülər lazımi rüsumları "KapitalBank"a ödəyirmiş. Sürücülərin rüsum ödənişi üçün məhz "KapitalBank"a üstünlük verməsi isə heç də səbəbsiz deyil. Bu onlar üçün daha sərfəlidir. Əvvəla, "KapitalBank"da heç bir növbə olmur. İkincisi isə bu bankla "Bank of Azərbayjan" arasında nə qədər maraqlı olsa da rüsum fərqi var. Məsələn, "Jiquli" avtomobili ilə taksiçilik fəaliyyəti aparan sürücü "KapitalBank"a aylıq 19 manat rüsum ödədiyi halda "Bank of Azərbayjan" onlardan 26 manat tələb edir. Məsələnin digər maraqlı tərəfi isə, adı çəkilən bankların sahibləri ilə bağlıdır. Məlumdur ki, "Bank of Azərbaycan" nəqliyyat naziri Ziya Məmmədova məxsusdur. "KapitalBank" isə hakim ailənindir. Bu isə o deməkdir ki, nəqliyyat naziri "taksi biznesi"ndən əldə etdiyi qazancı hakim ailə ilə bölüşmək istəmir. Ən yaxşı halda, qazancını gizlətməyə çalışır. Buna görə də müvafiq rüsumların məhz öz inhisarında olan banka keçirilməsini təkidlə tələb edir. Geri qayıt |