Əsas Səhifə > Gündəm, Manşet > «FÖVQƏLNAZİR»İN FÖVQƏLQÜDRƏTİ
«FÖVQƏLNAZİR»İN FÖVQƏLQÜDRƏTİ19-09-2011, 11:15 |
KƏMALƏDDİN HEYDƏROV BU HAKİMİYYƏT ÜÇÜN PARTLAYACAĞI ANI GÖZLƏYƏN MİNADIR DİA.AZ: - Hər zaman onun qüdrəti və şəxsi cəmiyyət üçün maraqlı olub. İndinin özündə də qəzetlər ondan yazmayanda tiraj itkisinə məruz qalırlar, əksinə, ondan yazanda isə bazarları «xod» gedir. Bəli, söhbət bir zamanlar Dövlət Gömrük Komitəsinə rəhbərlik etmiş, hazırda fövqəladə hallar naziri postunu tutan Azərbaycanın FÖVQƏLADƏ QÜVVƏ SAHİBİ hesab olunan Kəmaləddin Heydərovdan gedir. Onun böyük bir iqtisadi imperiyası, iqtisadi gücü var. O, eyni zamanda siyasi müstəvidə də kifayət qədər ciddi güc kimi qəbul edilməkdədir. Vəziyyət elə bir şəkil alıb ki, artıq onun prezident kürsüsünə sahiblənə biləcəyi də müzakirə predmetinə çevrilib. Amma buna baxmayaraq, bu gün Kəmaləddin Heydərov kifayət qədər təmkinli görünür və öz məqsədinə doğru kifayət qədər səbirlə irəliləməkdədir. Doğrudur, o, öz maraqları uğrunda yetərincə amansızdır, hətta bu davasında neçəsini məhbəsə yola salıb, neçəsini də yoxa çıxarıb. Amma buna baxmayaraq o, özünün heyrətamiz səbri və iradəsi ilə əksəriyyəti heyrətləndirməyi bacarıb. Cəmiyyət isə onun qüdrətinin miqyası barədə hər zaman bilgilər almağa çalşıb. Elə biz də «Dünya» İnformasiya Agentliyi olaraq Kəmaləddin Heydərovun siyasi imkanlarını götür-qoy etmək qərarına gəldik və araşdırmalarımız zamanı çox cəlbedici mənzərəyə şahidlik etdik. Məlum olur ki, Kəmaləddin Heydərov fövqəladə hallar naziri olaraq FHN ilə yanaşı, daha bir neçə dövlət qurumunu öz nəzarəti altında saxlayır. Bu barədə məlumatı verən mənbənin fikirlərində qeyd olunur ki, Kəmaləddin Heydərov 26 rayonu nəzarəti altında saxlayır: «Eyni zamanda Milli Məclisdə onun diqtəsi ilə 38 nəfər deputat mandatına sahiblənib. Bu isə o deməkdir ki, FHN şefi 26 icra başçısına və 38 millət vəkilinə hökmünü keçirə bilir». Bunlara paralel olaraq Kəmaləddin Heydərovun nəzarətində böyük bir mətbu imperiyanın və eyni zamanda iki siyasi partiyanın da olduğunu bildirən mötəbər mənbə bildirir ki, Kəmaləddin Heydərovun qüdrətinin təzahürü özünü daha çox onun daha iki ciddi əhəmiyyət daşıyan dövlət idarəsinə hökmünü keçirməsilə nəzərə gəlir: «Kəmaləddin Heydərov FHN ilə bərabər, Vergilər Nazirliyinə və Dövlət Gömrük Komitəsinə nəzarət edir. 26 icra başçısı və 38 millət vəkilini də bura əlavə edəndə böyük güc yaranır. Hətta bu güc 200-dən artıq xırda məmurun hesabına daha da böyüyür». Təbiətcə Kəmaləddin Heydərovun mülaym insan olduğunu bildirən mənbəmiz onu da vurğuladı ki, yarımhərbi birləşmələrə malki olması və böyük iqtisadi rıçaqları əlində cəmləşdirməsi səbəbindən Kəmaləddin Heydərov nəinki hazırki hakimiyyət üçün, bütünlükdə olaraq Azərbaycan dövləti üçün hər zaman başağrısına çevrilə bilər: «Bu gücün günü-gündən böyüyüdüyünün şahidi oluruq. Artıq Kəmalədin Heydərov tikinti və bank sektorunda da irəliləyir. Ertəsi gün belə bir böyük gücün durdurulması zərurəti meydana çıxacaq. Bax, əsl problem onda ortaya çıxacaq. Kəmaləddin Heydərov əslində bu hakimiyyətin ayaqları altına basdırılan minadır və bir yanlış hərəkət həmin minanın partlamasına gətirib çıxara bilər». Geri qayıt |