Əsas Səhifə > Güney Press, Araşdırma > ATƏT-İN BAKI OFİSİNDƏN RƏSUL QULİYEVƏ CAVAB
ATƏT-İN BAKI OFİSİNDƏN RƏSUL QULİYEVƏ CAVAB15-11-2012, 12:31 |
“HƏR KƏS FİKİR İFADƏSİNDƏ AZADDIR” “Biz mediada yazılanları diqqətlə izləyirik. Hesab edirik ki, hər kəs öz fikrini ifadə etməkdə azaddır”. Bu barədə Turan-a ATƏT-in Bakı ofisinin Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyevin qurumun rəhbəri Koray Tarqayla bağlı tənqidi barədə sualının cavabında bildirilib. ATƏT-in Bakı ofisi Rəsul Quliyevin Koray Tarqayla bağlı ittihamlarına cavab verməyib. ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay “Azadlıq” radiosuna müsahibəsində deyib ki, Azərbaycanda bütün sahələrdə irəliləyiş var: “İnsan haqları sahəsində - 20 il öncə ilə müqayisə etsəniz, irəliləmə görərsiniz. Hüququn üstünlüyü, demokratikləşmə sahəsində irəliləmələr var. İqtisadi və ətraf mühit sahələrində daha çox irəliləyiş əldə olunub. Bütün sahələrdə aldığımız nəticələrdən razıyıq. Azərbaycanı insan hüquqları, demokratikləşmə məsələsində ən aşağı yerlərdə göstərmək məncə, haqsızlıqdır”. Koray Tarqay polisin vətəndaşlarla, konkret olaraq mitinqə çıxanlarla davranışından da razılığını ifadə edib və hökumətin antikorrupsiya siyasətini siyasi iradə kimi dəyərləndirib. Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev isə “Bizim Yol” qəzetinə bildirib ki, Milli Məclis deputatları belə beynəlxalq təşkilatların korrupsiya və rüşvət üçün müəyyənləşdirdiyi yerin düzgün olmadığını deməyə utanırlar, deyirlər “bu, hər yerdə var mübarizə aparılır”. “Ancaq ATƏT kimi təşkilatın səfiri qeyd edir ki, bu mübarizə xeyli irəliləyib. Halbuki, onun təmsil təmsil etdiyi ATƏT, Avropa Şurası və parlamenti Azərbaycanda insan haqlarının tapdalandığına daim etiraz edir. Azərbaycan hökumətinin bəzi deputatları kürü ilə ələ almaqdan narahatlığını bildirirlər, xəbərləri yoxdur ki, kürü siyasətini dəstəkləyən Bakının mərkəzində oturub”. R. Quliyev hesab edir ki, müxalifət və hüquq müdafiəçiləri səfirin müsahibəsi ilə əlaqədar təcili etiraz bəyanatı hazırlayıb ATƏT-ə göndərməlidir: “Nə qədər gec deyil, bu adamı geri çağırmalıdırlar. Zindanlarda olan siyasi və mülkiyyəti zorla alınmışlar Avropa Məhkəməsinə müraciət ünvanlamalıdır. Konkret olaraq, məsul şəxsin Azərbaycandan dezinformasiya yaymaqla məşğul olduğundan şikayət etməlidirlər”. Geri qayıt |