Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİNİNİN APARATLARINDA FIRILDAQ

ARDNŞ ŞEFİNİNİN APARATLARINDA FIRILDAQ


16-11-2012, 10:17
ARDNŞ ŞEFİNİNİN APARATLARINDA FIRILDAQ
QHT SƏDRİ ÜZLƏŞDİYİ OLAYLA BAĞLI “FACEBOOK” SƏHİFƏSİNDƏ YAZDI

DİA.AZ: - Amerikadan işgüzar səfərdən yenicə qayıtmış Dünya Gənclər Bankı Şəbəkəsinin Türkiyə, İran və MDB ölkələri üzrə regional ofisinin rəhbəri Vüsalə Hüseynli ilə “Azəriqaz” ASC arasında mübahisə yaranıb. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, işgüzar xanım yerli şirkəti və onun havadarlarını saxtakarlıqda ittiham edir.

V.Hüseynlinin ailə üzvlərinin qarşılaşdıqları son hadisə onun “facebook” səhifəsində etiraz dolu statusu qələmə almasına səbəb olub. Vüsalə Hüseynli bəzi qurumları açıq-aydın saxtakarlıqda ittiham edərək yazır:

““Azəriqaz”ın yarıtmaz fəaliyyətinin bu soyuq gunlərdə bir daha şahidi olduq. Hava soyuyan kimi qazlar kəsildi. Maraqlıdır... Ən maraqlısı isə başqa məsələdir. Bilirsiniz ki, qazın aylıq abunə haqqı artıq smart kart vasitəsi ilə ödənilir. Sevindik ki, artıq məbləğ yazılmaları və s aradan qalxacaq.

Ancaq belə başa düşdük ki, indi də başqa məsələlərlə uğraşmalıyıq. Bu gün ev üzvlərimiz metrodakı Paypoint vasitəsi ilə qazın kartını yükləyərkən maraqlı bir situasiyanın şahidi olublar. Pulu göturən terminal qəbzi 00.00 AZN-lə geri qaytarıb.

Məsələyə müdaxilə edən polislərin köməyi ilə problem həll olunsa da, Paypoint-dən çıxan qəbzdə nə qədər pul ödədiyin göstərilmir. Sabah kimə sübut etmək olar ki, mən kartı yükləmək üçün 5 manat və ya 50 manat ödəmişəm. Qəbzi də bura yerləşdirirəm ki, baxa bilərsiniz”.


ARDNŞ ŞEFİNİNİN APARATLARINDA FIRILDAQ
Geri qayıt