Əsas Səhifə > Dünya > YAPONİYADA PARLAMENT BÖHRANI

YAPONİYADA PARLAMENT BÖHRANI


16-11-2012, 11:04
YAPONİYADA PARLAMENT BÖHRANI
BAŞ NAZİR AŞAĞI PALATANI BURAXDI

Yaponiyanın baş naziri Yesixiko Noda noyabrın 16-da ölkə parlamentinin aşağı palatasının buraxıldığını elan edib. Beləliklə, Yaponiyada növbədənkənar parlament seçkisi keçiriləcək. Baş nazir seçkini dekabrın 16-na təyin edib. Seçkiqabağı kampaniya dekabrın 4-dən başlanacaq.

“Media forum” saytı xəbər verir ki, hökumətin noyabrın 16-da keçirilən iclasında aşağı palatanın buraxılması qərarını bütün nazirlər təsdiqləyib.

Sənəd imperatora təqdim olunacaq.

Növbədənkənar seçki hakim Demokrat Partiyasını hakimiyyətdən uzaqlaşdırmağa çalışan müxalifətin təzyiqlərinə görə keçirilir.

Geri qayıt