Əsas Səhifə > Dünya > KONDOLİZA RAYS NİYƏ FƏXR EDİR?
KONDOLİZA RAYS NİYƏ FƏXR EDİR?11-11-2011, 14:51 |
ONA GÖRƏ Kİ... ABŞ-ın sabiq dövlət katibi Kondoliza Raysın yeni işıq üzü görmüş kitabı Amerikanın erməni icmasının kəskin etirazlarına səbəb olub. APA-nın məlumatına görə, “Vaşinqtonda keçirdiyim illərin xatirələri: ən böyük şərəf” (“A Memoir of My Years in Washington: No Higher Honor”) adlı 750 səhifəlik kitabda Rays “erməni soyqırımı” qətnaməsinin qəbuluna yol verməmək üçün səylərini fəxrlə xatırlayır. Söhbət 1991 və 2007-ci illərdə erməni lobbisinin müvafiq səylərinin qarşısının alınmasından gedir. Kondoliza Rays öz xatirələrində yazır ki, bu qətnamənin qəbulunu əngəlləmək üçün o, ABŞ administrasiyasının səylərini əlaqələndirib və sonda məqsədinə nail olub: “Ötən əsrin əvvəllərində nə baş verdiyini səciyyələndirmək işi siyasətçilərə deyil, tarixçilərə həvalə olunmalıdır”. Amerikanın erməni lobbisi barədə ikrah hissi ilə yazan Rays qeyd edir ki, “erməni soyqırımı” təşəbbüsləri əslində Ermənistan rəhbərliyinin marağında olmayıb və bu işin arxasında erməni icması dayanıb. Sabiq dövlət başçısının bu fikirlərinə qəzəblənən Amerikanın erməni qurumları isə Raysa qarşı kampaniya başlamaq çağırışı ediblər. Raysın hal-hazırda mühazirə oxuduğu Stenford Universitetinin rəhbərliyindən onun ali məktəbdəki fəaliyyətinə son qoymaq tələb olunub. Geri qayıt |