Əsas Səhifə > Sosial, Manşet > ARDNŞ ŞEFİNİN HAKİM DÜŞƏRGƏYƏ ŞOK SÜRPRİZİ

ARDNŞ ŞEFİNİN HAKİM DÜŞƏRGƏYƏ ŞOK SÜRPRİZİ


19-11-2012, 10:33
ARDNŞ ŞEFİNİN HAKİM DÜŞƏRGƏYƏ ŞOK SÜRPRİZİ
NEFT ŞİRKƏTİNDƏ MİNLƏRLƏ ƏMƏKDAŞIN İŞDƏN QOVULMASI GÖZLƏNİLİR

DİA.AZ: - Redaksiyamıza daxil olan informasiyalara görə, Dövlət Neft Şirkətinin strukturlarında total kadr islahatları həyata keçiriləcək. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, həm ARDNŞ-nin mərkəzi aparatında və həm də ayrı-ayrı strukturlarında, xüsusən də ARDNŞ Təhlükəsizlik İdarəsində ciddi ixtisarlar gözlənilir.

Mənbəmiz bildirir ki, keçmiş MTN-çi Rəşad Əliyevin rəhbərliy etdiyi ARDNŞ Təhlükəsizlik İdarəsinin 300-ə yaxın əməkdaşına bu barədə indidən xəbərdarlıq edilib və onların diqqətinə çatdırılıb ki, yanvar ayından etibarən onlarla müqavilə dayandırılacaq.

Sonda mənbəmiz onu da bildirdi ki, bütün bu ixtisarlar böyük ajiotaj yaratmasın deyə, davamlı şəkildə həyata keçiriləcək: «Təbii ki, prezident seçkiləri ərəfəsi ARDNŞ-də minə yaxın işçinin qovulması nə hakimiyyətə, nə də Rövnəq Abdullayevə müsbət divident gətirməyəcək. Ona görə də ehtiyatlı davranmaq zorundadırlar».

Geri qayıt