Əsas Səhifə > Dünya > AMERİKADA QƏRİBƏ HADİSƏ BAŞ VERİB
AMERİKADA QƏRİBƏ HADİSƏ BAŞ VERİB19-11-2012, 11:36 |
17 YAŞLI QIZ 64 GÜN YATDI ABŞ-ın Pensilvaniya ştatında yaşayan Nikol Delin adlı 17 yaşlı gənc qızı "yatmış gözəl" adlandırmaq olar. Belə ki, "Yatmış gözəl sindromu" kimi tanınan Kleyn-Levin xəstəliyinə mübtəla olmuş Nikol gündə 18-19 saat yatır. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir. Onun ən uzun yuxusu ABŞ-da Şükran gününə təsadüf etmiş 2011-ci il noyabrın 24-dən bu ilin yanvar ayınadək, yəni 64 gün davam edib. Nikol uzun yuxulama dövrlərində yemək yemək, tualet ehtiyacını ödəmək üçün qısa müddətə yuxudan oyanır, sonra yenidən yuxuya gedir. Qeyd edək ki, bu çox nadir xəstəlikdir və onun müalicəsi hələ ki, mümkün deyil. Bütün dünyada bu xəstəlikdən 44 nəfər əziyyət çəkir. Geri qayıt |