Əsas Səhifə > Sosial, Manşet > “QİYAMÇI OLİQARXLAR” RƏSMİ BAKININ HƏDƏFİNDƏ
“QİYAMÇI OLİQARXLAR” RƏSMİ BAKININ HƏDƏFİNDƏ20-11-2012, 09:50 |
İSGƏNDƏR XƏLİLOV YAXINLARINI AZƏRBAYCANDAN ÇIXARMALI OLDU DİA.AZ: - Son günlər “Milyarderlərin birliyi” kimi tanınan qurumun Moskvada yaradılması və orada bəzi oliqarxların yer alması, həmçinin bu olayın Kremlin Azərbaycana qarşı növbəti təzyiq rıçağı formalaşdırması cəhdi kimi qiymətləndirilməsi prosesi yeni təlatümlərdən xəbər verməkdədir. Təbii ki, belə olan tərzdə rəsmi Bakının müqavimət göstərməsi də anlaşılandır. Doğrudur, baş verənlərə hələ də köhnə sovet təfəkkürü ilə reaksiyanın sərgilənməsi ortadakı rpoblemlərin hələ uzun müddət davam etməsini və daha da geniş miqyas alacağını anons etməkdədir. Ən azından ona görə ki, rəsmi Bakı “qiyamçı oliqarxlara” qarşı sovet tərzi ila mübarizə aparır. Yəni sovet dövründə dinə qarşı mübarizə zamanı necə ki aftafaları müsadirə edirdilər, indi də “qiyamçı oliqarxların” Azərbaycandakı dayaqları hədəfə götürülüb. Belə hədəflərdən birinin isə Kremlin sıradan nökərlərindən biri kimi tanınan İsgəndər Xəlilov olduğu faktdır. Bildirilənə görə, artıq tanınmış oliqarxın Azərbaycandakı bütün yaxınları hədəfə çevrilib. Bildirək ki, bir neçə gün əvvəl həmin qurumda təmsil olunan tanınmış iş adamı İsgəndər Xəlilovun Azərbaycan Müəllimlər İnstitutu Quba filialında direktor işləyən bacısının AMİ-nin (Azərbaycan Müəllimlər İnstitutu) rektoru Aqiyə Naxçıvaninin əmri ilə işdən çıxarılması barədə məlumat əldə etmişdik. Məlumatda o da qeyd olunurdu ki, İ.Xəlilovun AMİ-nin Quba filialında bir müddətdir qüsursuz işləyən bacısının birdən-birə işdən çıxarılması ortada bəzi problemlərin olduğunu təsdiqləyir… Faktı dəqiqləşdirdik və təsdiqini tapdı. DİA.AZ bildirir ki, bu olayla bağlı daha bir rəsmi məlumat da yayıldı. Məlum olurdu ki, AMİ-nin rektoru Aqiyə Naxçıvanlı bildirib ki, bir neçə rayondakı filial direktorlarının yol verdiyi müəyyən nöqsanlar nəticəsində instituta bir çox ərizə və şikayətlər daxil olub. Rektorun sözlərinə görə, bir yerdə oturuşmuş adam artıq çox arxayınlaşır və bir çox işləri görməkdə maraqlı olmur. Kollektivin bəzi üzvləri düzgün iş qura bilmədikləri üçün onlara dəfələrlə xəbərdarlıq edilib: “Lakin heç bir nəticəsinin olmadığını gördükdə qərara gəldik ki, bəzilərinin yerini dəyişək, bəzilərini isə işdən azad edək. Quba, Qazax və Şamaxı filialının direktoru işdən azad olundu, Zaqatala və Mingəçevir filiallarının direktorlarının isə yeri dəyişdirildi. Ağcabədi filialının direktorunun fəaliyyəti isə hazırda çox dərindən yoxlanılır. Mənə elə gəlir ki, bu proses hələ də davam edəcək. Çünki bizim qarşımızda ölkə rəhbəri çox ciddi məsələlər qoyub və biz bunların öhdəsindən gəlməliyik. Müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi çox vacib məsələdir. Ancaq bir neçə filiallarda bu proses yalnız şərti məsələ kimi aparılır və ciddi nəzarət olunmur. Bəzi rayonlarda tələbələr dərsdən buraxılır, onlara ciddi nəzarət yoxdur. Ona görə də müasir dövrdə təhsil qarşısında belə mühüm məsələlərin həlli üçün filiallarda ciddi kadr dəyişikliyinə ehtiyac var. 20 ildən artıq oturan insanlar artıq köhnəlir və instituta yeni innovativ təlimlər gətirə bilmirlər. Ona görə də bu qərara gəldik və proses gələcəkdə də davam edəcək”. Hər halda, Aqiyə xanımın tanınmış işadamının bacısını işindən azad etməsinin sırf olaraq verilən izahatla bağlı olduğu heç də inandırıc deyil. Ən azından ona görə ki, artıq İsgəndər Xəlilovun bacısı Moskvadadır. Və bu məlumatı verən mənbə iddia edir ki, ona qarşı cinayət işinin açılması ehtimalı olduğundan və bu yolla rəsmi Bakının İsgəndər Xəlilova təzyiqlər etməyə hazırlaşdığı öyrənildiyindən Xəlilovlar ailəsi işdən çıxarılan direktorun Moskvaya köçməsi qərarını verib. Bununla bağlı DİA.AZ-a məlumatlı mənbələrdən daxil olan informasiyalarda qeyd olunur ki, Xəlilovlara və eləcə də digər «qiyamçı oliqarxlara» qarşı hərəkətlənmə tək bu faktlarla bitməyəcək. Nazirlər Kabinetindəki mötəbər mənbəmizin sözlərin görə, konkret olaraq İsgəndər Xəlilovla bağlı çox ciddi planlamalar var: «Məlumdur ki, onun Azərbaycanda böyük biznesi var. Təxminən 60-70 milyon ABŞ dolları qiymətində daşınmaz əmlakı da İsgəndər Xəlilova qarşı təzyiq vasitəsi kimi istifadə olunacaq». Mənbəmiz bildirir ki, artıq Xəlilova məxsus «İSR Plaza»nın ələ keçirilməsi üçün müvafiq yollar aranır: «Hələlik hansı şəkildə bu obyektə əl qoyulacağı konkret məlum deyil. Amma «İSR Plaza»nın və eləcə də daha bir neçə obyektinin (buraya onlarla villa və yaşayış mənzili daxildir -red.) İsgəndər Xəlilovun əlindən alınacağı şübhəsizdir. Geri qayıt |