Əsas Səhifə > Sosial, Manşet > QƏRİB MƏMMƏDOV VƏTƏNDAŞA NECƏ TORBA TİKİR?
QƏRİB MƏMMƏDOV VƏTƏNDAŞA NECƏ TORBA TİKİR?20-11-2012, 13:30 |
BU ÖLKƏDƏ ƏN PRİMİTİV HÜQUQLAR BELƏ VƏTƏNDAŞA ÇOX GÖRÜLÜR DİA.AZ: - Saatlı rayonu Qıraqlı kəndində yaşayan Nəsrəddin Kərəmov redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a çatan həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “Hörmətli Redaksiya! Mən, Azərbaycan Respubilkasi Konstitusiyasinda Təsbit olnmuş huquqlarimdan istifadə edırək; 2011-ci ilin fevral ayinda konstitusiyanin 50-57-ci maddələrinin rəhbər tutaraq Nazirlər Kabinetinə aşağidaki məzmununda “Azərbaycan SSRi Nazirlər Soveti tərəfindən Saatlı rayonunun Leninkənd kəndində kolxozçulara fərdi yaşayış evi tikmək və fərdi təsərrufatlarini inkişaf etdirmək uçun torpaq sahəsi ayirmasi haqqinda qərar qəbul edilib-edilməməsi barədə sorğu unvanlamişdim”. Azərbaycan respubilkası Nazirlər kabineti mənim sorğu məktublarıma cavab verməsi ucun 2011-ci ilin mart ayında Azərbaycan Respubilkasi Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsinə unvanlayıb.Lakin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Nazirlər Kabinetindən onlara unvanlanan sorğuya cavab vermədi. Mən 28.03.2011 28.09.2001-ci illərdə Dovlət Torpaq və Xəritəçəkmitmə Komitəsinə təkrarən sorğu məktubu gondərdim. Və hər iki sorğu məktubunun cavabsız qaldı. Mən konstitusiya huquqlarımdan istifadə edərək 2011-ci ilin noyabr ayında 1-saylı Baki İnzibati-İqtisad məhkəməsinə sorgusuna cavab alması uçun iddia ərizəsi ilə muraciət etdim. Baki şəhər 1 saylı İnzibati-İqtisad məhkıməsi iddia ərizəsini icrata göturdu. 8-dekabr 2011-ci ilde işə baxilan zaman Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsi məhkəməyə gəlmədi. 8-dekabr 2011-ci ildə məhkımə sərəncam verdi ki, Dövlət Torpaq Xəritəçəkmitmə Komitəsi iddia ərizəsinə öz munasibətini yazlı şəkildə bildirsin. Lakin Dövlət Torpaq və Xəritəçəkmitmə komitəsi məhkəmə sərəncamına heç bir munasibət bildirmədi.Bundan əlavə 2012-ci ilin yanvar,fevral,mart,və aprel aylarinda Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsinin numayəndəsi məhkəməyə gəlmədi. 2012-ci ilin aprel ayında 1-saylı Bakı şəhər İnzibati-iqtisad məhkəməsi mənim iddiamı təmin etdi .Və Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsinə sorğu məktubuna cavab verilməsinə həvalə edilmişdir. 27-iyun 2012-ci ilidə Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsi mənim sorğu məktubuma cavab verməmək ucun 19.04.2012-ci il tarixli məhkəmə qərarından Apellyasiya şikayəti verdi. Apelliyasiya məhkəməsinin hakimi Hilal xəlilov işə baxarkın mənim etiazımı nəzərə almayaraq 1-saylı Baki şəhər İnzibati-İqtisad məhkəməsinin 19.04.2012-ci il tarixli qərarını ləğv etmişdir. Hakim Hilal Xəlilov bunu onunla əsaslandırmışdır ki,guya 1-saylı Baki şəhər İnzibai-İqtisad məhkəməsi mənim iddia ərizəmi səhvən Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsinə yox Baki şəhər torpaq Komitəsinə göndərib. Cənab Hilal Xəlilovun mənə unvanladığı məhkəmə bildirişində Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsinin və 1-saylı Bakı şəhər İnzibati-İqtisad məhkəməsinin Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsinə unvanladığı məktublarında Bakı şəhəri Şamil Mehdiyev kuçəsi 93a Yazmişdi. Bundan əlavə Hilal Xəlilov 27 Avqust 2012-ci il tarixli qərarında göstərir ki,guya Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsi sorğu məktubuma 25.02.211-ci il tarixli 17-4/57saylı,28.03.2011-ci il tarixli 17-10/309saylı və 02.11.2011-ci il tarixli 17-10/309-2saylı məktublarla cavab verib. Məhkəmə iclasında Hakim xəlilova bildirdim ki,göstərlən məktubların sorğuma heç bir adiyyəti yoxdu.Bundan əlavə 1-saylı Bakı şəhər İnzibati-İqtisad məhkəməsi mənim iddia ərizəmi və məhkəmə bildirişini Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsinə duzgun unvanlamayibsa,nə uçun Apelliyasiya məhkəməsi eyni unvana yəni Bakı şəhəri Ş.mehdiyev kuçəsi 93a-ya məhkəmə bildirişi göndərib.Həmin bildirişin surətini mənə unvanlayıb. Dövlət Torpaq və Xəritəçəkmitmə Komitəsinin yazdığı iddia ərizəsi duzgun yazılmayıb orada yazılanlar həqiqıti əks etdirmir.Belə olan halda hakim Hilal Xəlilov Apelliyasiya şikayətini icrata necə göturub?! Nə uçun mənim etirazım nəzərə alınmadı? Hakim Hilal Xəlilov çox yaxşı bilirdi ki, O, mənim konstitusion huquqlarımı tapdlayaraq Korrupsioner, ruşvətxor məmurları mudafiə etmişdir. Buda ondan irəli gəlir ki hakim ağasından aldığı tapşırığı yerinə yetirir.Mən,hakim H.Xəlilovun çıxardığı qərarı oxuyanda hakimin yerinə utanıb xəcalət çəkdim. Qəbul edilmiş qerarda riyakarlıq yalan iki uzluluk aşıq aşkar görünür.Apelliyasiya ərizəsi düzgün yazılmayıb Dövlət Torpaq və Xəritəçəkmitmə komitəsi nala muxa vurur. Güya sorğuya cavab vermək onların səlahiyyətində deyil.Sorğuya Nazirlər Kabineti cavab verməlidir. Elə isə mən təkrarən mətbuat vasitəsi ilə Azərbaycan Respubilkası Nazirlər Kabinetinə,Dövlət Torpaq və Xəritəçəkmitmə komitəsinə həmin sorğunu unvanlayıram. Kimin səlahiyyətindədirsə oda cavab versin”. Geri qayıt |