Əsas Səhifə > Güney Press, Araşdırma > CƏLİLABADDA TƏHSİL BİABIRÇILIQLARI
CƏLİLABADDA TƏHSİL BİABIRÇILIQLARI20-11-2012, 13:48 |
BU RAYONUN MƏKTƏBLƏRİNƏ AYRILAN PULLAR CİBLƏRƏ AXIR Görəsən, Təhsil Nazirliyində üç gün əvvəl keçirilən geniş kollegiya iclasında rayon təhsilinin problemləri necə görünüb? Bu il Cəlilabadda 5-ci siniflərdə dərs deyəcək müəllimlərə Yeni Ümumi Orta Təhsil Kurikulumu üzrə Təlim kursları keçirildi. Təlimin məqsədi ibtidai sinifləri bitirən 5-cilərə interaktiv təlim üslubunda dərs demək və eyni zamanda qiymətləndirmənin aparılması qaydalarını aşılamaq olmuşdu. Təlim Kurslarının müddəti 10 gün olsa da müəllimlər lazımı qədər məlumatlandırılmışdılar. Müəllimləri təlim müddətində narahat edən yalnız bir sual oldu: onlara bu təlim metodunu həyata keçirmək üçün lazım olan texniki təminatı kim təşkil edəcək? Nəzəri bildikləri praktiki işə necə çevirməli??? Bu sual hələ də cavabsiz qalıb. Bundan əlavə, yeni təlim formasına uyğun olaraq 2 məktəb jurnalı olmalıdır. Birincisi-Formativ qymətləndirmə üçün, ikincisi isə davamiyyət və summativ qiymətləndirməni qeyd etmək üçün nəzərdə tutulmuşdur. Formal iş üsulu kimə lazımdır? Ən maraqlı və həm də təəssüf hissi yaradan budur ki, Təhsil Nazirliyinin məktəblərə göndərdiyi formativ qiymətləndirmə jurnalının vərəqələrinin çatmaması, yəni bəs etməməsi məktəblərdə problem yaradıb. Problemin həllini bəzi təhsil şöbələri bilmir, bəziləri isə problemin həllini jurnalin vərəqələrinə uyğun olan əlavə vərəqlərin yapışdırılması ilə həll etməkdə görür. Cəlilabad rayonunun məktəblərinin əksəriyyətində hələ də proyektor, kompyuter və internet problemi qalmaqdadır. Filipçat, marker, A-4 və s. ləvazimatları isə ya müəllimin öz cibi hesabına, ya da şagirdlərə aldırmaqla yola verilir. Bu isə milyonlarla pul xərclənmiş təlim metodunun pərdəarxası hissəsidir. Bunlar kimə lazımdır, niyə belə tələm-tələsik Avropa addımları ilə irəliyə qaçmaq istəyirik? Axı, bizim ¸şalvarımız" o addımlara dözmür, cənablar! Ya ¸şalvar"a uyğun addımlamalıyıq, ya da addıma uyğun ¸şalvar" tikdirməliyik. Maraqlısı budur ki, heç kim bu barədə Təhsil Nazirliyinə məlmat vermir və ya biganəlik edirlər. Bu Təhsil Nazirliyinə inamsızlıqdanda irəli gələ bilərmi? Təlim kursları keçrilməyə başlanandan bitənə qədər Təhsil Nazirliyi tərəfindən bəzi əlavələr olmuşdu ki, onlardan əvvəl təlim keçənlərin məlumati yoxdur. Təlim Kurslarında dərs hissə mudirləri və metodistlər keçmədiyi üçün müəllimləri yalnış yönləndirdilər və ya bu vəzifədə işləyənlərin savadsızlıqları açıq şəkildə ortaya çıxır. Kiçik summativ və ya formativ qiymətləndirmə üçün mütləqdir ki, məktəblərdə kserokopia və ya printer olsun. Bunlarin olmamasi və proqramlarda qarışıqlıq təhsildə əməlli-başlı xaos yaradıb. Yazıda adlarının hallanmasını istəməyən müəllimlər bildirdilər ki, Kurikulum islahatının müsbət cəhətlərinin olmasına baxmayaraq, bizim texniki cəhətdən çatışmayan cəhətimi var, texniki təminatımız yoxdur. Yersiz və boş sənədləşmə işləri ilə müəllimlərin başını qatmaqla, təki sənədləşmə qaydasında olsun deyib sovet dövrünün ¸pripiska"sını bərpa edirik. İndi buna kim əncam edib bu millətin kasıb təbəqəsini bu bəladan xilas edəcək, Allah bilir. Məlumdur ki, imkanlı admların balaları haralarda oxuyur. Qəzetimizin gələn saylarında Cəlilabad rayon Təhsil Şöbəsinin keçmiş tarixi və 20 illik iş faliyyətindəki dəhşətli vəziyyət barədə bəzi məktəb direktorlarının canlı söhbətləri əsasında yazı təqdim etməyə çalışacağıq. Onların söhbətləri şəxsən məni məyyus etdi... Murad Hüseyn Geri qayıt |