Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ABBAS ABBASOVA DƏHŞƏTLİ ZƏRBƏ

ABBAS ABBASOVA DƏHŞƏTLİ ZƏRBƏ


21-11-2012, 09:15
ABBAS ABBASOVA DƏHŞƏTLİ ZƏRBƏ
ONUN DEPUTAT OĞLU DA HƏDƏFDƏDİR

Rusiyada yaradılan Rusiya Azərbaycanlılar Təşkilatları İttifaqının təsisçilərinə qarşı hakimiyyətin kampaniyası davam edir. Qeyd edək ki, hələ qəzetimizin bir neçə gün öncəki sayında RATİ təsisçilərinin Bakıdakı biznesinin «vurulacağına» dair xəbər dərc olunmuşdu. RATİ üzvü Rüstəm İbrahimbəyov da A.Abbasovun sərt təziyqlərə mərouz qaldığını bəyan etdimişdi. O, hakimiyyətə xəbərdarlıq edərərk təzyiqlərin Abbas Abbasovu iqtidara qarşı düşmənə çevmrəcəyini vurğulamışdı.
Hakimiyyətdəki mənbələrdən qəzetimizə sızan məlumata görə, artıq A. Abbasun gəlirli sahələrindən biri onun əlindən alınıb.
Məlumatda qeyd olunur ki, baş nazirin sabiq birinci müavini Hindistandan Gəncədəki Alüminium Zavod üçün gətirdiyi boksit satışını daha həyata keçirə bilməyəcək. Bu monopoliyadan onun yaxşı gəlir götürdüyü bildirilir.
Mənbə xəbərin A.Abbasova yaxın biznes dairəsi üçün gözlənilməz olduğunu, amma reaksiyasız qarşılandığını qeyd edib. A.Abbasov bunun səbbələri barədə araşdırma aparmamağı, gözləmə mövqeyində durmağı tapşırıb (Bizimyolinfo.com).
Qeyd edək ki, bir neçə gün əvvəl RATİ-də təmsil olunan tanınmış iş adamı İsgəndər Xəlilovun Azərbaycan Müəllimlər İnstitutu Quba filialında direktor işləyən bacısının AMİ-nin (Azərbaycan Müəllimlər İnstitutu) rektoru Aqiyə Naxçıvaninin əmri ilə işdən çıxarılması barədə məlumat əldə etmişdik.
Məlumatda o da qeyd olunurdu ki, İ.Xəlilovun AMİ-nin Quba filialında bir müddətdir qüsursuz işləyən bacısının birdən-birə işdən çıxarılması ortada bəzi problemlərin olduğunu təsdiqləyir… Faktı dəqiqləşdirdik və təsdiqini tapdı.
Bu olayla bağlı daha bir rəsmi məlumat da yayıldı. Məlum olurdu ki, AMİ-nin rektoru Aqiyə Naxçıvanlı bildirib ki, bir neçə rayondakı filial direktorlarının yol verdiyi müəyyən nöqsanlar nəticəsində instituta bir çox ərizə və şikayətlər daxil olub. Rektorun sözlərinə görə, bir yerdə oturuşmuş adam artıq çox arxayınlaşır və bir çox işləri görməkdə maraqlı olmur. Kollektivin bəzi üzvləri düzgün iş qura bilmədikləri üçün onlara dəfələrlə xəbərdarlıq edilib: “Lakin heç bir nəticəsinin olmadığını gördükdə qərara gəldik ki, bəzilərinin yerini dəyişək, bəzilərini isə işdən azad edək. Quba, Qazax və Şamaxı filialının direktoru işdən azad olundu, Zaqatala və Mingəçevir filiallarının direktorlarının isə yeri dəyişdirildi. Ağcabədi filialının direktorunun fəaliyyəti isə hazırda çox dərindən yoxlanılır. Mənə elə gəlir ki, bu proses hələ də davam edəcək. Çünki bizim qarşımızda ölkə rəhbəri çox ciddi məsələlər qoyub və biz bunların öhdəsindən gəlməliyik. Müəllimlərin ixtisasının artırılması, təkmilləşdirilməsi çox vacib məsələdir. Ancaq bir neçə filiallarda bu proses yalnız şərti məsələ kimi aparılır və ciddi nəzarət olunmur. Bəzi rayonlarda tələbələr dərsdən buraxılır, onlara ciddi nəzarət yoxdur. Ona görə də müasir dövrdə təhsil qarşısında belə mühüm məsələlərin həlli üçün filiallarda ciddi kadr dəyişikliyinə ehtiyac var. 20 ildən artıq oturan insanlar artıq köhnəlir və instituta yeni innovativ təlimlər gətirə bilmirlər. Ona görə də bu qərara gəldik və proses gələcəkdə də davam edəcək”.
Hər halda, Aqiyə xanımın tanınmış işadamının bacısını işindən azad etməsinin sırf olaraq verilən izahatla bağlı olduğu heç də inandırıc deyil. Ən azından ona görə ki, artıq İsgəndər Xəlilovun bacısı Moskvadadır. Və bu məlumatı verən mənbə iddia edir ki, ona qarşı cinayət işinin açılması ehtimalı olduğundan və bu yolla rəsmi Bakının İsgəndər Xəlilova təzyiqlər etməyə hazırlaşdığı öyrənildiyindən Xəlilovlar ailəsi işdən çıxarılan direktorun Moskvaya köçməsi qərarını verib.
Bununla bağlı məlumatlı mənbələrdən daxil olan informasiyalarda qeyd olunur ki, Xəlilovlara və eləcə də digər «qiyamçı oliqarxlara» qarşı hərəkətlənmə tək bu faktlarla bitməyəcək. Nazirlər Kabinetindəki mötəbər mənbəmizin sözlərin görə, konkret olaraq İsgəndər Xəlilovla bağlı çox ciddi planlamalar var: «Məlumdur ki, onun Azərbaycanda böyük biznesi var. Təxminən 60-70 milyon ABŞ dolları qiymətində daşınmaz əmlakı da İsgəndər Xəlilova qarşı təzyiq vasitəsi kimi istifadə olunacaq».
Mənbəmiz bildirir ki, artıq Xəlilova məxsus «İSR Plaza»nın ələ keçirilməsi üçün müvafiq yollar aranır: «Hələlik hansı şəkildə bu obyektə əl qoyulacağı konkret məlum deyil. Amma «İSR Plaza»nın və eləcə də daha bir neçə obyektinin (buraya onlarla villa və yaşayış evi daxildir -red.) İsgəndər Xəlilovun əlindən alınacağı şübhəsizdir.
Gunxeber.com-a onu da bildiriblər ki, A.Abbasovun oğlu deputat Aydın Abbasova da ciddi zərbə hazırlanır. Onun Azərbaycandakı biznesi çökdürülür.
Bu barədə daha ətraflı məlumatlar təqdim edəcəyik.

Geri qayıt