Əsas Səhifə > Güney Press, Araşdırma > ŞOK: RUSİYA AZƏRBAYCANA QARŞI DAHA BİR ADDIMINI ATDI

ŞOK: RUSİYA AZƏRBAYCANA QARŞI DAHA BİR ADDIMINI ATDI


21-11-2012, 09:26
ŞOK: RUSİYA AZƏRBAYCANA QARŞI DAHA BİR ADDIMINI ATDI
TALIŞLARIN ADINA SEPARATÇI QURUM YARANDI

Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyi adlı yeni təşkilat yaradılıb. Məlumat “Media forum” saytına noyabrın 20-də [email protected] ünvanından daxil olub. Təşkilatın noyabrın 14-də təsis olunduğu bildirilir. Qeyd olunur ki, təsis toplantısında ziyalılar, din xadimləri və alimlər iştirak edib.

Təsisçilər Səfərov Mehdibəy Mahmudəli oğlu və Quliyev Eldəniz Cümşüd oğlunun adından yayılan məlumatda Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin məramnaməsi də yer alır. Qurumun yaradılmasında məqsədin “Azərbaycan Respublikasında yaşayan insanların həmrəyliyi, o cümlədən ölkənin bərabərhüquqlu vətəndaşlarından olan talış xalqının həyatında son zamanlar ciddi vüsət almış süni assimilyasiya prosesinin və milli özünüdərk harmoniyasının pozulmasının qarşısını almaq, layiqli vətəndaş – şəxsiyyət xarakterinin formalaşması naminə onun dilini, ədəbiyyatını, tarixini, etnoqrafiyasını, folklorunu, adət-ənənələrini və digər maddi-mədəni dəyərlərini öyrənib tədqiq etmək, eləcə də bu xalqın etnokulturologiya yaddaşını yenidən özünə qaytarmaq” olduğu göstərilir.

Təşkilat məramını bu meyarlar əsasında həyata keçirmək fikrində olduğunu açıqlayıb:

- talış xalqının folklorunu, adət-ənənələrini, mahnılarını, nəğmələrini, musiqisini və digər özünəməxsus mədəniyyət nümunələrini qoruyub hifs etmək və onun inkişafına nail olmaq;

- məktəblərdə talış dilinin professional səviyyədə tədris olunması üçün əməli səylər göstərmək;

- talış tarixinin, etnoqrafiyasının, toponimlərinin, oykonimlərinin, yerüstü, yeraltı abidələri və klassik xalq sənətkarlıq nümunələrinin dərindən araşdırılıb öyrənilməsi üçün Milli Elmlər Akademiyasına müraciətlər etmək, onların bərpasına, təbliğinə nail olmaq;

- talış milli-mədəni irsinin öyrənilməsi ilə bağlı (xeyriyyəçilərin və mesenatların dəstəyi ilə) elmi-kütləvi, sənədli-xronikal və bədii filmlərin çəkilişlərini təşkil etmək.

- dövlətimizin, habelə xalqını sevən iş adamlarının köməyi ilə yerlərdə talış və Azərbaycan dillərində yayımlanan regional radio və televiziya studiyalarının açılışına nail olmaq;

- yaxın keçmişdə qalmış talış uzunömürlülüyün sirrini arayıb ortaya çıxarmaq, ciddi və elmi şəkildə bu həyat tərzinin təbliği-təşviqi ilə məşğul olmaq;

- talış dili, mədəniyyəti, folkloru, tarixi, ədəbiyyatı və dini inancları ilə məşğul olan alimlərə, azad fikirli ziyalılara dəstək olmaq, onlara qarşı yönələn hər hansı ədalətsizliyə və qeyri-qanuni hərəkətlərə qarşı Azərbaycan Konstitusiyasında təsbit edilmiş hüquq və qanunlar çərçivəsində təpki göstərmək;

- talış xalqının milli mənliyini diskriminasiya edib, öz milli kimliyindən imtina etməsi istiqamətində hesablanmış riyakar addımlara kəskin etiraz bildirərək bunun içtimai rəydə qınanmasına nail olmaq;

- Azərbaycan Konstitusiyasını, ərazi bütövlüyünü, dövlətçiliyini, vətəndaş cəmiyyəti quruculuğunu uca tutub dəstəkləyən ictimai-siyasi təşkilatların və mütərəqqi mövqeyli dini qürumların tədbirlərində fəal iştirak etmək;

- özünün həftəlik mətbu orqanını talış və Azərbaycan dillərində təsis və nəşr etmək.

Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin üzvlərinin Azərbaycan Respublikasında, əsasən talışların kompakt yaşadığı bölgələrdə mütərəqqi fikirli ziyalılardan, ağsaqqallardan, alimlərdən, din xadimlərindən və digər nüfuz sahiblərindən ibarət olacağı qeyd olunur.

14 noyabr toplantısında birliyə Səfərov Mehdibəy Mahmudəli oğlu sədr seçilib.

Geri qayıt