Əsas Səhifə > Partiya > BAKIDAN SATQIN OLİQARXLARA HƏDƏ GƏLDİ

BAKIDAN SATQIN OLİQARXLARA HƏDƏ GƏLDİ


21-11-2012, 10:53
BAKIDAN SATQIN OLİQARXLARA HƏDƏ GƏLDİ
"BİZ ONLARA QARŞI OLACAĞIQ"

Mirmahmud Mirəlioğlu: "Hansı siyasi dünya görüşündə olmasından asılı olmayaraq dövlətçilik və milli mövqedə dayanan hər kəs bir sırada dayanıb bu siyasətə qarşı təpki göstərməlidir"

“Bu məsələ Azərbaycan iqtidarının yürütdüyü siyasıtin məntiqi nıticəsidir. Azərbaycan Müstəqil Dövlətlər Birliyinə sürüklənərək üzv olduqdan sonra Rusiyayönlü siyasət mühüm siyasi xətt kimi götürülürdü. O zaman Milli Məclisdə biz bunun əleyhinə olmuşuq”.

Bunu Teleqraf.az-a (TELEQRAF İNFORMASİYA AGENTLİYİ) Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu son günlərin ən çox müzakirə olunan mövzusu – Ruisyada yaradılmış “milyarderlər ittifaqı”ndan danışarkən deyib.

KXCP sədri hesab edir ki, “milyarderlər ittifaqı” Rusiyanın mövqeyinə söykənir və belə bir birliyin yaradılması həm də 2013-cü il seçkisinə hesablanıb: “Hakimiyyətin yürütdüyü siyasətin nəticəsinə bu olaylar baş vermə idi. Biz bu siyasətə etiraz etmişik və bu gün də etiraz edirik. 19 il ərzində keçirdiyimiz tədbirlər, verdiyimiz bəyanatlar, açıqlamalarla mövqeyimiz bildirmişik”.

M.Mirəlioğlunun fikrincə, Azərbaycanın sərhədlərindən kənarda dövlətçiliyə qarşı nələrsə hazırlanarsa və məsələlərin güneydən və yaxud quzeydən gəlməsindən, arxasında hansı şovinist siyasətin durmasından asılı olmayaraq hamı bur araya gəlib buna qarşı olmalıdır: “Burada həm də Rusiyanın geniş imperialist siyasətinə hesablanmış addımlar var. Hansı siyasi dünya görüşündə olmasından asılı olmayaraq dövlətçilik və milli mövqedə dayanan hər kəs bir sırada dayanıb bu siyasətə qarşı təpki göstərməlidir və göstərəcək də”.

KXCP sədrinin sözlərinə görə, Azərbaycan MDB-də yeganə dövlətdir ki, burada 1992-ci ildə, Əbülfəz Elçibəyin prezidentliyi dövründə etnik azlıqların hüquqularının tanınması, onların ibtidai məktəblərinin, öz dillərində radio verilişləri olması barədə fərman imzalanıb: “Bu baxımdan, Azərbaycanda milli-etnik zəmində nələrsə etmək o qədər də asan deyil. Kim belə cəhdlərdə bulunacaqsa onlara da veriləcək tarixi cavalar var”.

M.Mirəlioğlu hesab edir ki, “milyarderlər ittifaqı”nın yaradılması Azərbaycana qarşıdır: “Demək biz də dövlətçilik və milli mövqedən çıxış edərək bu siyasatə və bu adamlara qarşı olacağıq”.

Geri qayıt