Əsas Səhifə > Sosial, Manşet > FARS-MOLLA REJİMİ DƏ DİLİNİ DİNC SAXLAMAYACAQ
FARS-MOLLA REJİMİ DƏ DİLİNİ DİNC SAXLAMAYACAQ21-11-2012, 11:16 |
TEHRANIN BAKIDA TƏXRİBAT TƏDARÜKÜNDƏ OLDUĞU SÖYLƏNİLİR DİA.AZ: - Azərbaycana daha bir zərbə İrandan gəlməkdədir. Əslində fars-molla rejimi hər zaman əlini bizə tuşladığı tüfənginin tətiyində saxlayıb və davamlı olaraq, zamanı düşdüyündə etdiyini etməkdədir. DİA.AZ-a hökumət içindəki qaynaqlardan daxil olan informasiyalardan aydın olur ki, Məhərrəmlik ayı ərzində İranın xüsusi xidmət orqanları Azərbaycan ərazisində təxribatlar törətməyə çalışacaq. Xatırladaq ki, rəsmi Tehrana aid çekist şəbəkəsi buna qədər də bu kimi cəhdlərdə bulunub və hətta bir il əvvəl Aşura zamanı fars-molla rejiminin Bakıdakı nökərlərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə hücum planlaşdırması barədə xəbərlər də yayılmışdı, Məlumatlı mənbənin DİA.AZ-a bildirdiyinə görə, həmin ərəfədə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun Tehran səfəri aradakı gərginliyin nisbətən də olsa qalxması ilə nəticələnsə də, sonradan münasibətlər yenidən şiddətli xarakter aldı. Mənbəmiz bildirir ki, bir neçə gün əvvəl hicab bəhanəsi ilə təhsil nazirliyinin qarşısında əzələ nümayiş etdirən iranyanlı cameə bu dəfə Tehrandan gələn sifariş əsasında Bakıda vəziyyəti qarışdıracaq təxribatların icrası yönündə təlimat alıblar. Hətta onların bir neçə dövlət binasına «molotof kokteyli» atacağı da gözlənilir. Geri qayıt |