Əsas Səhifə > Dünya > ƏRƏB SOYQIRIMI DAVAM EDİR

ƏRƏB SOYQIRIMI DAVAM EDİR


21-11-2012, 11:29
ƏRƏB SOYQIRIMI DAVAM EDİR
YƏHUDİLƏR QƏZZANI XARABA QOYDU

İsrail hakimiyyəti və Fələstinin Qəzza bölgəsini idarə edən “Həmas” təşkilatı arasında saziş baş tutmayıb. Saziş noyabrın 20-də, Bakı vaxtı ilə saat 23-də Misir paytaxtı Qahirədə imzalanmalı idi. Misir dövlətinin təklif etdiyi sülh planı hər iki tərəfdən atəşin kəsilməsini, Qəzzanın blokadasının qismən götürülməsini nəzərdə tutur.

“Lenta.ru” saytının məlumatına görə, İsrail hökumətinin mətbuat katibi Mark Regev bəyan edib ki, sülh planına yalnız Misirin qarant durması kifayət deyil, beynəlxalq təminat lazımdır.

Noyabrın 14-dən bəri İsrail aviasiyası Qəzzanı bombalayır. Bu müddətdə 130 fələstinli həlak olub. “Həmas” qüvvələrinin İsrailə raket zərbələri isə 5 nəfərin ölümünə gətirib.

İsrail aviasiyası noyabrın 21-nə keçən gecə bombardmanları davam etdirib. Qəzzada “Frans-Press” agentliyinin ofisi yerləşən binanın da bombaya tuş gəldiyi bildirilir.

Dünən isə Qəzza şəhərində İsrailə işləməkdə günahlandırılan 6 nəfər öldürülüb. Onları küçədə maskalı şəxslər güllələyib. Edama görə məsuliyyəti “Həmas”ın "İzz əd-Din əl-Kassam" qanadı öz üzərinə götürüb. \ "Media forum" \

Geri qayıt