Əsas Səhifə > Sosial, Manşet > NAZİR MÜAVİNİNİN QOHUMU DİA.AZ-A ZƏNG ETDİ

NAZİR MÜAVİNİNİN QOHUMU DİA.AZ-A ZƏNG ETDİ


21-11-2012, 12:49
NAZİR MÜAVİNİNİN QOHUMU DİA.AZ-A ZƏNG ETDİ
AZƏR ƏSGƏROV BARƏSPNDƏ YAZILANLARIN BÖHTAN OLDUĞUNU SÖYLƏDİ

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza adı son günlər keçmiş spiker Rəsul Quliyevlə qoşa çəkilən, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin qaynı, tanınmış iş adamı Azər Əsgərov şəxsən telefon açıb və barəsində yazılanlara münasibətinin olduğunu bildirib.

DİA.AZ-la telefon əlaqəsi yaradan Azər Əsgərov bildirdi ki, bu gün onun adından redaksiyamıza ünvanlanan məktub məhz onun göstərişi ilə göndərilib və bildirir ki, barəsində bu vaxta qədər yazılanların həqiqətlə yaxından-uzaqdan əlaqəsi yoxdur.

Xatırladaq ki, bu gün səhər saatlarında redaksiyamıza Azər Əsgərovun mətbuat üzrə nümayəndəsinin adından aşağıdakı məzmunda məktub daxil olub:

« Merhaba.Ben ACP partisi genel merkez binasının sahibi Azer Askerovun Basın ve Yayın danışmanıyım.Patronum Azer Askerovun emriyle bu mail'i size gönderiyorum.4 aydan fazladır ACP parti binası hakkında basında çıkan haberlere son vermek için Azer Askerov sizlerin bize gönderdiyiniz soruları 30.11.2012 tarihine kadar yanıtlayacaktır.Sorularınız net ve anlaşılır olsun lütfen.Sorularınızın yanıtlanmasını istiyorsanız 2 gün içinde Web sitenizde Azer Askerov Açıklama yapacak ve bütün sorularımızı cevaplandıracak diye haber yayınlarsanız sorularınız cevaplanacaktır.23.11.2012 tarihine kadar haber yayınlamayan sitelerde sorularınız cevaplanmayacaktır.Sorularınızı aşağıdaki mail adresine gönderebilirsiniz.

BASIN VE YAYIN DANIŞMANI
AHMET KILIÇ
[email protected] >

Onu da bildirək ki, yaxın vaxtlarda Azər Əsgərovdan geniş müsahibəni də diqqətinizə çatdıracağıq.

Geri qayıt