Əsas Səhifə > Şou-biznes > DAHA BİR GƏNC MEYXANAÇI SARAYIN YOLUNU TUTDU

DAHA BİR GƏNC MEYXANAÇI SARAYIN YOLUNU TUTDU


22-11-2012, 08:50
DAHA BİR GƏNC MEYXANAÇI SARAYIN YOLUNU TUTDU
NİZAMİ RƏMZİ ƏNƏNƏSİ DAVAM EDİR

Gənc meyxanaçı Rəşad Dağlı ilə qarşılaşar-qarşılaşmaz ilk öncə son vaxtlar efirlərdə, əsasən də meyxana ilə bağlı verilişlərdə görünməməyinin səbəbini öyrənməyə çalışdıq. İstedadlı meyxana ustası sualımızı gülüşlə qarşıladı . “Mən özümə hörmət edirəm və bunu da başqasından tələb edirəm. Hansı ki, qarşı tərəfə də hörmət bəsləyirəm. Çağırılmamış qonaq olmaq istəmirəm. Bundan başqa, boş vaxtımı həyatımı yaxşı mənada dəyişdirən oğluma həsr edirəm”, - deyə Oxumeni.az-a açıqlama verən Rəşad Dağlı yenilikləri ilə də bizləri tanış etməyi unutmadı:

- Yaradıcılığımda irəliləyişlər edirəm. Hazırda Məhərrəmlik ayıdır. Toylar bir ay yarımlıq təxirə salınıb. Bu müddət ərzində bir çox işlər görməyi qarşıma məqsəd qoymuşam. Yeni illə bağlı bir çox verilişlərdən dəvətlər almışam. Abbas Bağırov, Elçin Cəfərovla yaradıcılıq planlarımız var. Belə ki, qəzəllərimdən, şeirlərimdən bəstəkarlar faydalanacaqlar. Tezliklə, daha doğrusu, 22 dekabr H.Əliyev adına Sarayda Samirə və Oqtayın təqdimatında “Ömrümün Gülşəni” adlı konsert keçiriləcək. Elşən Xəzər, Mehman Əhmədli, Vüqar Biləcərili və mənim qismimdə tamaşaçılar maraqlı meyxanalara, deyişmələrə qulaq asacaqlar. Onu da əlavə edim ki, konsertdə müöənnilərdən Ramal İsrafilov, Almaz Ələsgərli, Nüşabə Ələsgərli, Tunar Rəhmanoğlu, Vasif Məhərrəmli və “Qala” rəqs qrupunun da iştirakı nəzərdə tutulub.

Onu da əlavə edək ki, “Ömrümün Gülşəni” adlı konsertin aparıcısı əməkdar artist Rəhman Rəhmanov olacaq. Meyxanaçıları isə “Fərid” ansamblı müşayiət edəcək. Biletlər elə də baha olmayacaq. Təqribən 10-25 manat arasında nəzərdə tutulub.

Geri qayıt