Əsas Səhifə > Dünya > BERLUSKONİ DƏ BELƏ GETDİ
BERLUSKONİ DƏ BELƏ GETDİ13-11-2011, 11:46 |
CƏMİ 40 DƏQİQƏLİK SÖHBƏT HƏR ŞEYİ HƏLL EDİB İtaliyanın baş naziri Silvio Berluskoni istefa verib. O istefa ərizəsini prezident Corcio Napolitanoya təqdim edib. APA-nın məlumatına görə, bu barədə İtaliya prezidentinin dəftərxanasından bildirilib. Məlumatda deyilir ki, Bakı vaxtı ilə saat 00.00-da baş nazir Silvio Berluskoni ölkə prezidenti Corcio Napolitanoya istefa ərizəsini təqdim etmək üçün Kvirinal sarayına gəlib. Prezident və baş nazir arasında söhbət 40 dəqiqə çəkib. Məlumatda o da qeyd olunur ki, noyabrın 13-də prezident yeni hökumətin formalaşdırılması üçün danışıqlara başlayacaq. Geri qayıt |