Əsas Səhifə > Sosial, Manşet > VƏHABİLƏRDƏN HAKİMİYYƏTDƏKİ ADAMLARINA MESAJ

VƏHABİLƏRDƏN HAKİMİYYƏTDƏKİ ADAMLARINA MESAJ


22-11-2012, 10:18
VƏHABİLƏRDƏN HAKİMİYYƏTDƏKİ ADAMLARINA MESAJ
CÜMƏ NAMAZLARINDAKI SÜNİ KÜTLƏVİLİK ƏZƏLƏ NÜMAYİŞİDİR

DİA.AZ: - Əbu-Bəkr məscidində baş verən terror aktından sonra daimi istinadgahları olmayan Azərbaycan vəhabiləri (onlar özlərini «sələfi» və «xavaric» adlandıraraq iki qrupa bölünürlər -red.) indi də başqa bir problemə çevrilmək üzərədirlər. Söhbət artıq saylarının 30 minə çatdığı söylənilən vəhabilərin Bakıdakı digər sünni məscidlərini zəbt etmələrindən gedir.

Bu barədə DİA.AZ-a danışan hökumət içindəki mənbəmizin sözlərindən belə aydın olur ki, hər cümə günü sünni məscidlərinin çevrəsində böyük maşın və insan tıxaclarının yaranması artıq bir çox çevrələrdə narahatçılıq yaratmaqdadır.

Bildirək ki, redaksiyamız da əslində vəhabilərin dövlətə əzələ nümayişi kimi qəbul edilməli olan əzələ nümayişi kimi qəbul edilməli olan «cümə namazı» manipulyasiı ilə bağlı durmadan məlumatlar almaqdadır. Məsələn gələn xəbərlərin birində vurğulanır ki, başında Şeyx Qamətin dayandığı sələfi qanadı məqsədli şəkildə cümə namazlarının kütləviliyinə nail olmağa çalışır:

«Doğrudur, hüquq-mühafizə orqanlarının son müdaxilələrindən sonra onların böyük əksəriyyəti uzun saqqaldan və qısa şalvardan imtina etmək zorunda qaldılar. Amma bu «dekorativ islahat» mahiyyətindən uzağa getmədiyindən problem olduğu kimi qaldı. Hər halda, bir neçə il əvvəl cümə namazına 7 min nəfəri cəlb edən vəhabilər bu gün 20-30 min nəfərlə cümə namazları təşkil edirlər».

Onların arxasında konkret olaraq Prezident Administrasiyasının məsul şəxslərindən birinin dayandığını bildirən mənbəmiz onu da vurğuladı hətta bu halda belə konkret qurumlar bu həftənin cümə günündən, yəni sabahdan etibarən bir çox sünni məscidlərində reydlər keçirmə qərarını veriblər.

Mənbəmizin sözlərinə görə, konkret olaraq Yasamal rayonu ərazisində Dini Qurumlarla İş üzrə Dövlət Komimtəsi tərəfindən belə bir reydin keçirilməsi planlaşdırılır.

Əldə etdiyimiz xəbərlərə görə, artıq bu barədə məlumatlı olan vəhabilər hakimiyyət içindəki himayədarlarına da ağız açıblar: «Vəhabilərə belə bir məlumat çatıb ki, onların cümə namazları qadağan olunacaq. Və PA-dakı adamlarına ismarıc yollayıblar ki, bu prosesin qarşısı alınmalıdır».

Qeyd edək ki, hər il Azərbaycana Küveyt dövləti tərəfindən ayrı-ayrı xəttlərdən 200 milyon dollara yaxın yardım edilir. Və bildirilənə görə, həmin maliyyə vəsaiti məhz bu gün PA-da əyləşib vəhabiləri himayə edən çevrələrə çatır ki, onlar da bunun müqabilində Azərbaycanda vəhabiliyin inkişafına şərait yaradır, onları himayə edirlər.

Geri qayıt