Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RUS KOMMUNİSTLƏRİNİN LİDERİ BAKIDADIR
RUS KOMMUNİSTLƏRİNİN LİDERİ BAKIDADIR22-11-2012, 10:35 |
"BU ŞƏHƏR MƏNİM ÜÇÜN DOĞMADIR" “İkinci Dünya müharibəsində, Sevastopol uğrunda döyüşlərdə ayağını itirən atam Bakıda müalicə alıb, bu şəhər mənim üçün doğmadır”. Noyabrın 22-də Azərbaycan paytaxtında jurnalistlərə açıqlama verən Rusiya Kommunist Partiyasının sədri Gennadi Züqanov belə deyib. Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyini söyləyən Gennadi Züqanov bu istiqamətdə fəaliyyəti artırmağı zəruri saydığını vurğulayıb. Rusiyalı qonaq kommunist ideyalarını da müdafiə etməyi yaddan çıxarmayıb: “Bu gün dünya kapitalist sisteminin üzündən növbəti böhranla üzləşib. Kapitalist sisteminin yaratdığı böhranların birindən dünyanı Böyük Oktyabr İnqilabı, digər böhrandan SSRİ-nin, müttəfiq respublikaların İkinci Dünya müharibəsində böyük qələbəsi xilas etdi. Bu gün isə kapitalist sisteminin yaratdığı böhranın nəticəsidir ki, ABŞ tamamilə batıb, borcu rekord həddə çatıb. Avropada da vəziyyət fərqli deil. Bu gün həmin dövlətlərdən fərqli olaraq Azərbaycan iqtisadiyyatı inkişaf edir. O cümlədən Kommunist Partiyasının hakimiyyətdə olduğu Çində iqtisadiyyat inkişaf etməkdədir”. Gennadi Züqanov Bakıya Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasında iştirak etmək üçün gəlib. Geri qayıt |