Əsas Səhifə > Güney Press, Araşdırma > RƏSUL QULİYEV ZİYA MƏMMƏDOVUN OĞLUNU TƏRİFLƏDİ
RƏSUL QULİYEV ZİYA MƏMMƏDOVUN OĞLUNU TƏRİFLƏDİ22-11-2012, 11:08 |
"MÜXALİFƏT NÜMUNƏ GÖTÜRMƏLİDİR" Milli Məclisin sabiq spikeri Rəsul Quliyev Azərbaycan Amerika Alyansının rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Vaşinqton şəhərində Ağ Ev administrasiyası, ABŞ Konqresi, diplomatik korpuslar, elm və mədəniyyət sahələrindən təxminən 700 qonağın iştirakı ilə təşkil etdiyi ziyafətdən danışıb. Modern.az bildirir ki, ACP fəalları ilə vieogörüşündə eks-spiker bildirib ki, ABŞ-ın tanınmış siyasətçilərinin iştirak etdiyi bu mərasimin təşkili prosesinə müxalifət diqqət yetirməlidir. 700 nəfərdən çox şəxsin iştirak etdiyi tədbirdə ABŞ rəsmilərinin iştirak etməsinə toxunan R.Quliyev bu cür tədbirlərdən nümunə götürməyə çağırıb: “Bizim müxalifət gedib ABŞ səfiri ilə görüşəndə hamısı eyni şeyi deyə-deyə, biri o birisinə danışamağa imkan verməyə-verməyə elə şərait yaradırlar ki, səfir fikirləşir ki, əlbəttə hər şey əvvəlki kimi olsa, daha yaxşıdır. Onların çıxışlarından səfir hər şeyi yaxşı görür. Mən bu sözləri deyəndə inciyirlər. Əgər sən Azərbaycan xalqının gələcəyini fikirləşirsənsə, gərək belə şeylərə yol verməyəsən. Diqqət edin, Anar Məmmədovun Amerikada keçirdiyi tədbirə rəsmi dairələrin nümayəndələri də qatılmışdılar. Orada çox mühüm siyasətçilər iştirak edib. Bu görüş elə-belə təşkil olunmur. ABŞ səfirinin mövqeyini öyrəndikdən sonra baş tuta bilər”, -deyə R.Quliyev müxalifəti tənqid edib. Anar Məmmədovun rəhbəri olduğu Azərbaycan Amerika Alyansının Vaşinqtondakı tədbirində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Asiya üzrə alt-komitəsinin sədri, respublikaçı Dan Barton, Konqresin aparıcı simalarından senator Seksbi Çemblis, senator Riçard Bur və Nümayəndələr palatasının spikeri Con Bohner iştirak edib. Qonaqlar arasında Vaşinqtonda yerləşən 40 səfirlikdən səfirlər və digər yüksək vəzifəli diplomatik nümayəndələr də olub. Geri qayıt |