Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN İŞÇİSİNİN NARKOTİKA MARAĞI
ZİYA MƏMMƏDOVUN İŞÇİSİNİN NARKOTİKA MARAĞI22-11-2012, 11:43 |
DƏMİRYOLU VAĞZALININ RƏİSİ NƏDƏN BU QƏDƏR HARINLAYIB? DİA.AZ: - Saatlı dəmir yol vağzalında özbaşnalıq baş alıb gedir. Vağzalın rəisi Süleyman Nəsirov yığdığı çirkli pullar hesabına o qədər harınlaşıb ki, gözləri sadə insanları belə görmür. Bu sözləri Saatlı rayon sakini M. F. Axundov küçəsi ev 53 ünvanda yaşayan Fərzəliyev Elnur Əlizadə oğlu DİA.AZ-a etdiyi müraciətində bildirir. Şikayətçinin bildirdiyinə görə dəmir yolu vağzalı ərazisində kiçik bir obyekti icarəyə götürüb sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş: “Əsasən ərzaq məhsullarının satışını həyata keçrirdim, aylıq qazancım hardasa 80-manata yaxın çıxırdı. Qəpik-quruş olan həmin bu pulla 5 nəfərdən ibarət olan ailəmi çətin də olsa, birtəhər dolandırırdım. Axı nə edim? Səhətimdə olan problemlərə görə, başqa işdə çalışa bilmirəm həyat yoldaşım da cərrahiyyə əməliyyatı keçirdiyindən iş qabiliyyətini itirib. Hörmətli redaksiya hələ o vaxt obyekti götürəndə S. Nəsirov bildirdi ki, “nə lazımdır özü də mən köməklik edəcəm”. Dedi ki, bilirəm maddi vəziyyətin ağırdır ona görə də çox yox, ayda 50 manat icarə haqqı verərsən. Mən də razılaşdım. Sən demə, onun fikiri tamam başqa imiş. Üstündən bir neçə gün keçmişdi ki, Süleyman dükana gəlib mənə dedi: “Əgər yaxşı pul qazanmaq istəyirsənsə gəl narkotik sat”. Doğrusu onun belə yaramaz təklifindən təəcübləndim və qəti olaraq bundan imtina edib dedim: “Süleyman müəllim, siz bir kisə pul versəz də, mən bu çirkabı üzərimə götürmərəm”. Mənim bu sözlərim onu açmadı və məyus halda çıxıb getdi. Üstündən 1 ay geçdi bu müddət ərzində aramızda heç bir söz-söhbət yaranmasa da, lakin məndən narazı olduğu üzündən açıq-aşkar sezilirdi. Həmişə içkili, yəni sərxoş vəziyyətdə gəlirdi. Danışıb razılaşdığımız kimi icarə haqqını vaxtında verib və əlavə olaraq hörmətini də edirdim. Bir səhər dükanı açıb yenicə oturmuşdum ki, elə bu an Süleyman içəri daxil olub acıqlı halda mənə dedi ki, verdiyim 50 manat onu qane etmir. Odur ki, növbəti aydan 100 manat pul verməliyım: “Əgər verə bilməsən, səni iti qovan kimi qovacağam”. Mən də, öz növbəmdə dedim ki, Süleyman müəllim, axı belə olmaz, danışığınıza bir fikir verin. Mənim bu sözümdən o, daha da qızışaraq deyiləsi mümkün olmayan söyüşlər işlətdikdən sonra bildirdi ki, get əlin hara çatır şikaytət et. İstəyirsən Prezidentin özünə şikayət et. O heç kimdən qorxmur. Fikirləşdim ki, burda qalmaq əbəsdir. Ayılar, sakitləşər, sonra söhbət edərik. Beləcə çıxıb evə getdim. Axşam dükana tərəf yollananda gördüm ki, dükanın qapısına kilid vurulub”. Telefonla Süleymana zəng etdiyini deyən şikayətçi bunun belə azğın, özbaşına hərəkətlərinin səbəbini ondan soruşduqda sərt şəkildə söyüşlərə məruz qaldığını bildirdi. Şikayətçinin sözlərinə görə, Süleyman ona “bir də sənin ayağın dəmir yol vaqzalının ərazisinə dəyməsin, cünki bura mənim şəxsi mülkiyətimdir” deyərək onu hədələyib. Dükanda 800 manat dəyərində malı qaldığını vurğulayan şikayətçi deyir ki, S.Nəsirov onun şərəf və ləyaqətini alçaltmaqla həm də maddi ziyan vurub. Üzləşdiyi belə özbaşnalığa görə Nəqliyyat Naziri Z. Məmmədovdan və Azərbaycan Respublikası Dəmir Yolu rəisindən məsələyə aydınlıq gətrilməsini istəyir. Bilmək istəyir ki, Süleyman Nəsirovun havadarı kimdir? Geri qayıt |