Əsas Səhifə > Dünya > ƏRDOĞAN PKK-LILARA SON ŞANS VERDİ

ƏRDOĞAN PKK-LILARA SON ŞANS VERDİ


23-11-2012, 10:17
ƏRDOĞAN PKK-LILARA SON ŞANS VERDİ
SİLAHI YERƏ QOYAN, TÜRKİYƏNİ TƏRK EDƏ BİLƏCƏK

Silahı könüllü olaraq yerə qoyan terrorçu Kürd Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyə ərazisini tərk edə və başqa ölkəyə gedə biləcəklər. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib. Bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.
Onun sözlərinə görə, əgər müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK müvəqqəti atəşkəs elan edərsə, bu, kifayət etməyəcək, yaraqlıların silahı tamamilə yerə qoymaları vacibdir.
Türkiyə ilə müstəqil kürd dövlətinin yaradılmasını tələb edən PKK arasında münaqişə 25 ildən çoxdur davam edir. Münaqişə 40 mindən çox insanın həyatına son qoyub. PKK BMT və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınıb.

Geri qayıt