Əsas Səhifə > Dünya > PREZİDENT ÖLKƏNİN ADINI DƏYİŞMƏK İSTƏYİR
PREZİDENT ÖLKƏNİN ADINI DƏYİŞMƏK İSTƏYİR23-11-2012, 10:41 |
MEKSİKA BİRLƏŞMİŞ ŞTATLARI... Meksika Prezidenti Felipe Kalderon Konqresə ölkənin rəsmi adı olan Meksika Birləşmiş Ştatlarının dəyişdirilməsi və onun sadəcə Meksika adlandırılması təklifi ilə müraciət edib. Trend-in məlumatına görə, bu barədə BBC-nin rus xidməti xəbər verib. "Bizə artıq başqa ölkələrin adlarını yamsılamaq lazım deyil. Söz oyununa görə bağışlayın, amma Meksika elə Meksikadır", - Prezident bəyan edib. Qeyd edək ki, Meksika rəsmi adını XIX əsrdə müstəqillik qazanmasından sonra əldə edib. Belə ki, ABŞ-dan nümunə götürən yeni dövlətin rəhbərliyi qonşuların siyasi sistemini nisbətən daha mütəqərri hesab edib. Yeri gəlmişkən, Meksikanın tam adından yalnız rəsmi sənədlərdə və mərasimlərdə istifadə olunur, həmçinin bu ad sikkələrin üzərində həkk olunub. Qeyd edək ki, Kalderon noyabrın 30-da öz vəzifəsini tərk edəcək. Geri qayıt |