Əsas Səhifə > Sosial, Manşet > GÜLƏR ƏHMƏDOVA PROBLEMLƏRİNİ HƏLL EDİBMİ?
GÜLƏR ƏHMƏDOVA PROBLEMLƏRİNİ HƏLL EDİBMİ?23-11-2012, 11:33 |
KEÇMİŞ DEPUTAT REDAKSİYA KOLLEKTİVİNİ YENİDƏN ÜMİDLƏNDİRİB DİA.AZ: - Hazırda məhkəməsi davam edən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı neçə müddətdir ki, israrla keçmiş deputat Gülər Əhmədovanı məhkəməsinə gətirtməyə çalışsa da, buna bir türlü nail ola bilmir. Bildirək ki, ilk əvvəl məhkəmədə onun səhhətində ciddi problemlərin olduğu əsas kimi göstərilmişdi və bu günlərdə mətbuata verdiyi açıqlamalarından Gülər xanım səhhətinin normal olduğunu bəyan etdi ki, bu da yenidən məhbus baş redaktorun əvvəlki tələblərinə israrlı formada qayıtmasına zəmin yaratdı. Ümumiyyətlə, son zamanlar Gülər Əhmədovanın aktiv şəkildə fəaliyyətini bərpa etməsi məsələsi də mətbuatın ən çox müzakirə etdiyi mövzulardandır. Məsələn, onun Bakı Dövlət Universitetindəki fəaliyyətinin qüsursuz olduğu deyilsə də, rəhbərlik etdiyi «Mərkəz» qəzetində ara-sıra göründüyü də məlumdur. Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalardan aydın olur ki, Gülər Əhmədova neçə müddətdir ki, «Mərkəz»in kollektivini telefonla idarə edir. Məlumatı verən «Mərkəz» əməkdaşlarından birinin sözlərinə görə, hələ də maaş problemi qalsa da, keçmiş deputat onlara yaxın günlərdə vəziyyətin düzələcəyini və maaşların da əvəlki kimi qaydasına düşəcəyini bildirib. Geri qayıt |