Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOVA QURULAN TƏLƏ

MİSİR MƏRDANOVA QURULAN TƏLƏ


26-11-2012, 08:46
MİSİR MƏRDANOVA QURULAN TƏLƏ
KEÇMİŞ MÜAVİNİ HƏLƏ DƏ NAZİRƏ QARŞI MÜBARİZƏ APARIR

DİA.AZ: - Bir müddət öncə Təhsil Nazirliyində baş verən oliqarx savaşı əksər dövlət qurumlarında rəhbər-müavin çəkişməsini bir daha üzə çıxartdı. Savaşın isə məhz nazirlik postu uğrunda getdiyi bir çox çevrələrdə və mediada işıqlandırıldı. Nəticədə Misir Mərdanov daha ağıllı hərəkət edərək üç müavinini sıradan çıxara bildi və öz ətrafından uzaqlaşdırdı. Hətta həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, Misir Mərdanovun nazirliyində baş verəcək "çevriliş"in təşkilatçıları da bəllidir. Həmin şəxslərin isə arzusu Misir Mərdanovu devirərək onun müavinini - Elmar Qasımovu nazir stolunda oturtmaq idi. Bu isə Mərdanova qarşı ən azından 5 il əvvəl başlamış "soyuq savaş"ın davamı kimi qiymətləndirilirdi.

Məlumatlarda bildirilirdi ki, Elmar Qasımov həqiqətən də özünü nazir ola biləcəyinə inandırmış və hətta yaxın qohumlarına, dostlarına qonaqlıq da vermişdi. Bir sözlə, Elmar Qasımov bu savaşın oyunçusuna çevrilərək "ustadına kəm baxmağa" başlamışdı. Ancaq onun savaşı və nazir olmaq iddiası qısa bir zamanda dalana dirəndi.

DİA.AZ-a daxil olan məlumata görə, prezident İlham Əliyevin Elmar Qasımov və digər iki müavinin işdən çıxarılması ilə bağlı verdiyi sərəncamdan sonra tərəflər arasında mübarizə daha da kəskinləşib. Keçmiş nazir müavini Misir Mərdanovun ona qarşı kampaniya apardığını əsas gətirərək naziri yenidən hədəfə alıb.

Onun bu dəfə Rövnəq Abdullayev tərəfindən müdafiə oldunduğu bildirilir. Xatırladaq ki, Elmar Qasımov təhsil nazirinin müavinliyindən çıxarılandan sonra ARDNŞ rəhbəri prezidentin "vurduğu" kadrı vəzifəyə gətirdi.

Mənbənin sözlərinə görə, Elmar Qasımov hesab edir ki, onu yuxarı dairələrdə Misir Mərdanov gözdən salır. Ona görə də, Misir Mərdanovdan qisas almaq üçün yeni planlar qurur və meda vasitəsi ilə naziri "başa salmağa" çalışır.

DİA.AZ-ın əldə etdiyi məlumatlara görə, nazirin keçmiş müavini bəzi qəzet və sayt rəhbərlərindən istifadə edərək Misir Mərdanovdan qısas alır. Nazirin də yaxın günlərdə onu hədəfə alacağı bildirilir. Görünür, Elmar Qasımovun nazir olmaq iddiası artıq qərəzə çevrilib və onun yaxın günlərdə daha böyük kompromatları mediaya ötürəcəyi gözlənilir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt