Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SƏRNİŞİN DAŞIMADA MAXİNASİYALAR

SƏRNİŞİN DAŞIMADA MAXİNASİYALAR


26-11-2012, 08:50
SƏRNİŞİN DAŞIMADA MAXİNASİYALAR
DƏMİRYOLUNDA KORRUPSİYA PİK HƏDDƏ ÇATIB

Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşıma Departamentində (SDD) korrupsiya pik həddə çatıb. 10 ilə yaxındır ki, SDD-nin rəisi vəzifəsində çalışan Elyar Muradov qurumda talançılıqla məşğuldur. Ötən ay Elyar Muradovun daha bir korrupsiya əməliyyatının üstü açılıb. Bu barədə "AzeriNews.org"a məlumat verən dəmiryolçuların sözlərinə görə, noyabrın 14-dən 15-nə keçən gecə Bakı Dəmir Yol Polisi Bakı-Moskva qatarında 75 nəfər sərnişinin biletsiz olduğunu aşkar edib. Bileti olmayan sərnişinlər polis tərəfindən Xaçmaz stansiyasında düşürülüb. Onların izahatları alındıqdan sonra sərbəst buraxılıblar. Qatar rəisi və bələddçilər isə saxlanılıb. Yalnız Azərbaycan Dəmir Yolları QSC-nin rəhbərliyi işə qarışandan sonra onlar azad edilib. Əməliyyat zamanı qatar bir saatdan artıq dayanıb.
Dəmiryolçuların sözlərinə görə, Elyar Muradov işlədiyi müddətdə ilk dəfədir ki, polis belə bir əməliyyat keçirə bilib. Dəmiryolçular deyir ki, əgər belə əməliyyatlar vaxtaşırı keçirilsə, Elyar Muradovun milyonlarla dövlət vəsaitini mənimsəməsi üzə çıxar. "Bakıdan Moskvaya 75 nəfəri biletsiz aparanda Azərbacan Dəmir Yolları QSC 15 min manatdan çox vəsait itirir. Bu vəsait təbii ki, Elyar Muradovun cibinə daxil olur. Elyar Muradovun belə əməliyyatlardan nə qədər vəsait mənimsədiyini təsəvvür etmək üçün təkcə bu fakt kifayət edir", - deyə dəmiryolçular bildirib.
"AzeriNews.org"a dəmiryolçular onu da əlavə edib ki, Bakı-Moskva qatarından sonra Gəncə Dəmir Yol Polisi Bakı-Gəncə qatarında əməliyyat keçirib və çoxsayda sərnişinin biletsiz olduğu aşkar edilib.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt