Əsas Səhifə > Gündəm, Manşet > CAVİD QURBANOV FHN-YƏ TRANSFER OLUNUR

CAVİD QURBANOV FHN-YƏ TRANSFER OLUNUR


13-11-2011, 14:09
CAVİD QURBANOV FHN-YƏ TRANSFER OLUNUR

NAZİRLƏ SAVAŞI ASC RƏHBƏRİNİƏ BAHA BAŞA OTURA BİLƏR

DİA.AZ: - Hakim komandaya aid bir neçə nüfuzlu məmurun sıradan çıxarılacağı bildirilir. Onların arasında isə ön yeri nəqliyyat naziri Ziya Məmmədov tutmaqdadır. Məlumatlara görə, artıq hakim komandanın ümumi maraqlarına yetərincə ayaq uydurmayan Ziya Məmmədov həddən çox «şişdiyindən» onun də «kəsilmə» zamanı yetişib. Bildirək ki, bu günlərdə asfalt biznesi də NN şefinin əlindən alınaraq yerli icra strukturlarına verildi.

Amma bu arada redaksiyamıza nəqliyyat nazirliyindəki çox mötəbər qaynaqlardan olduqca ilginc xəbər daxil olub. Məlumatlı mənbənin söylədiklərindən belə aydın olur ki, «iynə üstündə oturan» Ziya Məmmədov gedişi ərəfəsində də rəqibləri ilə haqq-hesab çürütmək niyyətinə düşüb. Maraqlıdır ki, onun rəqibi olaraq hansısa kənar bir şəxsin yox, dünənə qədər nazirə yaxın bir sima kimi tanıdığımız «Azəravtoyolservis»in prezidenti Cavid Qurbanovun adı çəkilir.

Ziya Məmmədovun başının üstündən işlər görməsi səbəbindən Cavid Qurbanovun öz nazirinin hədəfinə çevrildiyini bildirən mənbə iddia edir ki, «Azəravtoyolservis» rəhbəri son zamanlar fövqəladə hallar naziri Kəmaləddin Heydərovla çox sıcaq ilişgilər qurub: «Bu isə Ziya müəllimin xoşuna gəlməyib. Hər halda, onun tabeçiliyində olan bir şəxsin hakimiyyətin yuxarı elitası ilə müstəqil əlaqələr qurma cəhdi Ziya Məmmədov üçün arzuolunan deyil».

Mənbə iddia edir ki, NN şefi Cavid Qurbanovun bu əlaqələrdə maraqlı olmasını onun nazir postuna, yəni Ziya Məmmədovun yerinə tədarükü kimi qiymətləndirib: «Elə buna görə də nazir Cavid Qurbanovu «vurmaq» niyyətinə düşüb».

İki gün əvvəl nazirlə Cavid Qurbanovun arasında sərt ifadələrin də yer aldığı danışığın olduğunu bildirən mənbə qeyd edir ki, bu hadisədən xəbər tutan Kəmaləddin Heydərov öz yeni dostunu qorumaq niyyətindədir. Məlumatlara görə, Cavid Qurbanovun Ziya Məmmədov tərəfindən «vurulacağı» təqdirdə yeni iş yeri FHN ola bilər.

Redaksiyamıza məlumat verən mötəbər mənbənin bilgisinə görə, uzun müddətdir «Azəravtoyolservis» ASC-nin prezidenti Cavid Qurbanovla ədavətdə olan Ziya Məmmədov onun yerinə potensial şanslı namizəd kimi dəyərləndirilən və nazir ola bilməsi üçün müəyyən separat danışıqlara getdiyi söylənilən Cavid Qurbanovun adını «qara siyahısının» ilk sırasında yerləşdirib.

Geri qayıt