Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ƏHMƏD ƏHMƏDZADƏNİN QARDAŞI DA BELƏ TALAYIR

ƏHMƏD ƏHMƏDZADƏNİN QARDAŞI DA BELƏ TALAYIR


27-11-2012, 09:19
ƏHMƏD ƏHMƏDZADƏNİN QARDAŞI DA BELƏ TALAYIR
İCRA BAŞÇISININ ZƏLZƏLƏ BİZNESİ

Təbii fəlakətdən məmurların qazandığı barədə bir neçə dəfə yazmışıq. Bu gün isə bu barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, rayonlarda, xüsusilə Şəki, Qax, Zaqatala və Balakən zonasında zəlzələnin nəticələrinin aradan qaldırılması işində sahibkarlardan və büdcə təşkilatlarında çalışanlardan pul yığılır. Zaqatalada isə vəziyyət daha dəhşətlidir. Rayonda fəaliyyət göstən sahibkarlar deyir ki, icra başçısı Mübariz Əhmədzadə onlardan 1500-2000 manat civarında pul tələb edir. İcra başçısının tələbinə əməl etməyən sahibkarlara hədə-qorxu gəlinir. Maraqlıdır ki, icra başçısının fərraşları sahibkarları "zəlzələ" ilə qorxudurlar: "Bizə deyirlər ki, əgər deyilən məbləği verməsəniz bu səfər zəlzələ obyektlərinizi dağıdacaq. Doğrusu, başa düşmürük ki, nəyə işarə vururlar. Amma belə söhbət gəzir ki, obyektlərimizi icra hakimiyyətinin nümayəndələri zəlzələ adı ilə darmadağın edəcəklər".

Xatırladaq ki, Şəki, Qax, Zaqatala, Balakəndə baş vermiş zəlzələ nəticəsində 5939 evə və sosial obyektə ziyan dəyib.

3200 ev qəza vəziyyətində olduğundan sökülüb, yeni evlərin tikintisi qərara alınıb. Lakin 6 aydan çoxdur ki, təbii fəlakətdən zərər çəkmiş adamların çoxu çadırlarda yaşayır, onlar üçün ev tikilməyib.

Qeyd edək ki, Zaqatalanın icra başçısı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.

Geri qayıt