Əsas Səhifə > Şou-biznes > İLHAMƏ QULİYEVAYA CAVAB VERƏN TAPILDI

İLHAMƏ QULİYEVAYA CAVAB VERƏN TAPILDI


27-11-2012, 09:23
İLHAMƏ QULİYEVAYA CAVAB VERƏN TAPILDI
“MAHNILAR XALQINDIR!”

Bir neçə gün öncə xalq artisti İlhamə Quliyeva bəzi həmkarlarina qarşı sərt çıxış etdi. Belə ki, mahnılarına embarqo qoyan müğənni, “ümumiyyətlə, bu gündən etibarın heç kim razılığımı almamış mənim mahnılarıma toxunmasın! Yoxsa həmin adamların adlarını çəkib, onları biabır edəcəyəm! Bəstəkar Tofiq Quliyev operalar, simfonik bəstələr yazıb. Mahnıları isə yalnız, xüsusilə mənim üçün bəstələyib. Onun əl yazmaları məndə var, hansı ki, " bu mahnı məxsusi olaraq İlhamə Quliyeva üçün bəstələnib" kəlmələri qeyd edilib. Odur ki, özümə arxayın şəkildə deyirəm ki, indən belə qətiyyətlə etirazımı bildirirəm və gözüm üstlərində olacaq. Çıxıb cırcırama kimi mənim mahnılarımı korlamasınlar! Toylarda nə qədər istəyirlər oxusunlar, çörəkpullarını qazansınlar. Amma efirlərdə bu cür özbaşınalığa yol verməsinlər!” – deməklə iradını da bildirmiş oldu.

Bu xəbər Oxumeni.az saytında yerləşər-yerləşməz bir çox oxucular rəylərini bildirdilər. Onların arasında müğənni Elxan Qaraxanoğlunun adını xüsusilə qeyd etmək olar.

Xalq artistinin iradları Elxanın böyük narazılğına səbəb olub desək, heç də yanılmarıq. “Mahnılar xalqındır! Heç kimin şəxsi mahnısı yoxdur!!!!!!! Biz müğənnilər də, bəstəkarlar da, aktyorlar da tanınmayana qədər özümüzün, tanınandan sonra xalqınıq!” mətni ilə fikrini bildirən Qaraxanoğlunun çəkinmədən üsyana qalxması açıq-aydın bəllidir.

Geri qayıt